Tenqri
Ana Səhifə
Dünya

Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil

Yaxın Şərqdə problemlərin həlli hərbi üsullarla mümkün deyil və gücdən istifadə vəziyyəti daha da mürəkkəbləşdirir AZƏRTAC xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan bu fikri İran və İsrail arasında son gərginliyi şərh edərkən səsləndirib. Diplomat bildirib ki, mövc

0 baxışazertag.az
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
Paylaş:

Yaxın Şərqdə problemlərin həlli hərbi üsullarla mümkün deyil və gücdən istifadə vəziyyəti daha da mürəkkəbləşdirir AZƏRTAC xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan bu fikri İran və İsrail arasında son gərginliyi şərh edərkən səsləndirib. Diplomat bildirib ki, mövcud danışıqlar prosesi həlledici mərhələdədir və tərəflərdən heç biri yeni hərbi qarşıdurmaya təkan verməməlidir. XİN nümayəndəsi, həmçinin region ölkələrinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb Lin Tsyan bütün tərəfləri təmkinli olmağa, qarşıdurmanı dərinləşdirən addımlardan çəkinməyə və vəziyyətin sabitləşdirilməsi üçün praktiki tədbirlər görməyə çağırıb. Onun sözlərinə görə, Pekin Yaxın Şərqdə müharibənin dayandırılması və sülhün bərpası istiqamətində fəal rolunu davam etdirəcək Xatırladaq ki, iyunun 7-də axşam saatlarında İsrailin Beyruta hücumlarına cavab olaraq İran yəhudi dövlətinə raket zərbələri endirib. İsrail isə İran ərazisindəki infrastruktur obyektlərinə bir sıra hücumlar həyata keçirib. Hazırda tərəflər arasında qarşılıqlı zərbələr qeydə alınmır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler