Çin "SpaceSail" rabitə peyklərinin doqquzuncu qrupunu orbitə çıxarıb
Çin "Shanghai Spacesail Technologies" şirkətinin "SpaceSail" qütb orbitli rabitə peyklərinin doqquzuncu qrupunu uğurla buraxıb "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb Qeyd olunur ki, 18 internet peykinin buraxılışı bazar günü gecəyə doğru Vençan kosmodromunun (cənubdakı

Çin "Shanghai Spacesail Technologies" şirkətinin "SpaceSail" qütb orbitli rabitə peyklərinin doqquzuncu qrupunu uğurla buraxıb "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb Qeyd olunur ki, 18 internet peykinin buraxılışı bazar günü gecəyə doğru Vençan kosmodromunun (cənubdakı Xaynan əyaləti) kommersiya meydançasından CZ-8 ("Çançjen-8") daşıyıcı raketi vasitəsilə həyata keçirilib Başlığının diametri 4 metr olan yeni nəsil maye yanacaqlı üçpilləli CZ-8 raketinin uzunluğu 50 metrə çatır. O, aşağı Yer orbitinə 7,6 tona qədər (keçid geostasionar orbitə - 2,5 tona qədər) faydalı yük çıxarmaq qabiliyyətinə malikdir Bu, genişzolaqlı internet bağlantısı xidmətləri göstərmək üçün nəzərdə tutulan "Spacesail Constellation" orbital qrupunun tərkibinə daxil olan artıq doqquzuncu aparat qrupudur. İndi orbitdə 162 belə peyk var Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


