Çin sınaq peykini kosmosa göndərib
Çinin cənubundakı Haynan əyalətində yerləşən Vençanq Kosmik Buraxılış Mərkəzindən yeni rabitə texnologiyası sınaq peyki kosmosa buraxılıb AZƏRTAC Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, peyk “Long March-5” raketi ilə Pekin vaxtı ilə saat 15:30-da orbitə çıxarılıb və uğurla əv

Çinin cənubundakı Haynan əyalətində yerləşən Vençanq Kosmik Buraxılış Mərkəzindən yeni rabitə texnologiyası sınaq peyki kosmosa buraxılıb AZƏRTAC Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, peyk “Long March-5” raketi ilə Pekin vaxtı ilə saat 15:30-da orbitə çıxarılıb və uğurla əvvəlcədən müəyyən edilmiş orbitə daxil olub Məlumata görə, peyk çoxzolaqlı və yüksəksürətli rabitə texnologiyalarının sınaq və yoxlama işləri üçün istifadə olunacaq Qeyd edək ki, bu buraxılış “Long March” raket seriyasının 650-ci missiyasıdır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


