Tenqri
Ana Səhifə
Dünya

Çinə səfər etmiş ABŞ liderləri - SİYAHI

13-15 may tarixlərində ABŞ prezidenti Donald Trampın Çinə səfəri gözlənilir. Beynəlxalq medianın məlumatına görə, səfər çərçivəsində ABŞ-Çin münasibətləri, ticarət müharibəsi, texnologiya rəqabəti və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzuları olacaq Modern.az xəbər verir ki, Vaşinqto

0 baxışmodern.az
Çinə səfər etmiş ABŞ liderləri - SİYAHI
Paylaş:

13-15 may tarixlərində ABŞ prezidenti Donald Trampın Çinə səfəri gözlənilir. Beynəlxalq medianın məlumatına görə, səfər çərçivəsində ABŞ-Çin münasibətləri, ticarət müharibəsi, texnologiya rəqabəti və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzuları olacaq Modern.az xəbər verir ki, Vaşinqton və Pekin arasında liderlərin qarşılıqlı səfərləri dünya siyasətinin ən mühüm diplomatik hadisələri sırasında hesab olunur ABŞ tarixində Çinə ilk səfər edən prezident Riçard Nikson olub. O, 1972-ci ildə Pekinə gedərək Mao Tszedun və Çjou Enlay ilə görüşüb. Həmin səfər ABŞ-Çin münasibətlərində dönüş nöqtəsi hesab edilir və “Soyuq müharibə” dövrünün ən mühüm diplomatik addımlarından biri sayılır 1975-ci ildə Cerald Ford da Çinə səfər edib və münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar aparıb 1984-cü ildə Ronald Reyqan Pekində danışıqlar keçirib. Səfər zamanı iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələləri əsas gündəmdə olub. Corc Herbert Uoker Buş isə Çinlə ən yaxın əlaqələri olan Amerika liderlərindən hesab edilir. O, prezident seçilməzdən əvvəl ABŞ-nin Pekindəki nümayəndəliyinə rəhbərlik edib və 1989-cu ildə Çinə səfər edib 1998-ci ildə Bill Klinton Çinə səfər edən növbəti ABŞ prezidenti olub. Səfər zamanı insan haqları, iqtisadi münasibətlər və Tayvan məsələsi əsas müzakirə mövzuları sırasında yer alıb Corc Buş prezidentliyi dövründə Çinə bir neçə dəfə səfər edib. O, 2001, 2002, 2005 və 2008-ci illərdə Pekində olub. Buş həmçinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edib Barak Obama isə 2009, 2014 və 2016-cı illərdə Çinə səfər edib. Onun səfərlərində iqlim dəyişiklikləri, beynəlxalq təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri əsas yer tutub 2017-ci ildə Donald Tramp Pekində xüsusi dövlət mərasimi ilə qarşılanıb. O, Çin lideri Si Cinpin ilə görüşərək ticarət münasibətləri, Şimali Koreya və qlobal təhlükəsizlik məsələlərini müzakirə edib Co Bayden prezident kimi Çinə səfər etməsə də, vitse-prezident olduğu dövrdə Pekinə bir neçə dəfə gedib Çin liderlərinin ABŞ-yə səfərləri də iki ölkə münasibətlərində xüsusi əhəmiyyət daşıyıb. 1979-cu ildə Den Syaopin ABŞ-yə tarixi səfər edib. O, Vaşinqtonda Cimmi Karter ilə görüşərək iki ölkə arasında rəsmi diplomatik münasibətlərin yeni mərhələsinin əsasını qoyub. Den Syaopinin Texasda kovboy papağı ilə görüntüsü həmin dövrün simvollarından biri sayılır 1997-ci ildə Çin lideri Tsyan Tszemin ABŞ-yə səfər edib. O, Ağ Evdə rəsmi mərasimlə qarşılanıb və ABŞ Konqresinin üzvləri ilə görüşlər keçirib Xu Tszintao isə 2006 və 2011-ci illərdə ABŞ-də səfərdə olub. Görüşlər zamanı iqtisadi əməkdaşlıq, təhlükəsizlik və nüvə məsələləri əsas müzakirə predmetinə çevrilib Hazırki lider Si Cinpin də ABŞ-yə bir neçə dəfə səfər edib. O, 2015-ci ildə dövlət səfəri çərçivəsində Vaşinqtonda Barak Obama ilə görüşüb. 2023-cü ildə isə San-Fransiskoda keçirilən APEC sammitində Co Bayden ilə bir araya gəlib Sonda qeyd etmək yerinə düşər ki, ABŞ və Çin liderlərinin qarşılıqlı səfərləri təkcə iki ölkə arasındakı münasibətlərə deyil, həm də qlobal siyasi və iqtisadi balansın formalaşmasına ciddi təsir göstərir

Kaynak: modern.az

Diğer Haberler