“Çin Moldova ilə əməkdaşlığı dərinləşdirməyə hazırdır” - XİN
“Çin iki ölkə xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün Moldova ilə əməkdaşlığa hazırdır” 525.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Pekində Moldova Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi ilə danışıqları zamanı bildirib Na

“Çin iki ölkə xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün Moldova ilə əməkdaşlığa hazırdır” 525.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Pekində Moldova Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi ilə danışıqları zamanı bildirib Nazir deyib ki, Çin və Moldova mehriban tərəfdaşlardır. Pekin iki ölkə arasındakı ənənəvi dostluğa dəyər verir və Moldova ilə qarşılıqlı etimadı daha da gücləndirməyə, qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə, münasibətlərin inkişafına təkan verməyə və xalqların rifahı üçün çalışmağa hazırdır “Biz Moldovanın Çinin əsas maraqları ilə bağlı məsələlərdə düzgün mövqe tutmaq öhdəliyini yüksək qiymətləndiririk, Moldovanın xalqının seçdiyi və milli şərtlərinə uyğun inkişaf yolunu davam etdirməsini dəstəkləyirik, ölkənin“Bir kəmər, bir yol” təşəbbüsünün yüksək keyfiyyətli birgə inşasında daha geniş iştirakını alqışlayırıq”, - Van İ deyib O, tərəfləri iqtisadi və ticarət əlaqələrini genişləndirməyə, yaşıl enerji və rəqəmsal iqtisadiyyat kimi inkişaf etməkdə olan sektorlarda əməkdaşlığı gücləndirməyə, təhsil, mədəniyyət, turizm və gənclərlə əlaqələr sahəsində mübadilələri intensivləşdirməyə çağırıb


