Çin Ayda iki yeni mineral kəşf edib
Çin alimləri Aydan toplanan nümunələrdə iki yeni, əvvəllər naməlum mineralın aşkar edildiyini açıqlayıblar Çin alimləri Ayda əvvəllər məlum olmayan iki yeni mineral kəşf ediblər Mineralların kəşfi Sıçuan əyalətinin Çindqu şəhərində keçirilən 11-ci Çin Kosmos Gününün açılış mərasimində elan edilib

Çin alimləri Aydan toplanan nümunələrdə iki yeni, əvvəllər naməlum mineralın aşkar edildiyini açıqlayıblar Çin alimləri Ayda əvvəllər məlum olmayan iki yeni mineral kəşf ediblər Mineralların kəşfi Sıçuan əyalətinin Çindqu şəhərində keçirilən 11-ci Çin Kosmos Gününün açılış mərasimində elan edilib “Çanqı-5” kəşfiyyat vasitəsi ilə toplanan qaya və torpaq nümunələrində aşkar edilən fosfat minerallarına “maqnezioçangizit-(Y)” və “çangizit-(Ce)” adı verilib Nadir torpaq fosfat kateqoriyasındakı minerallar Beynəlxalq Minerologiya Assosiasiyasının Yeni Minerallar, Nomenklatura və Təsnifat Komissiyası tərəfindən təsnif edilmiş və təsdiq edilmişdir ÇİNİN İKİNCİ VƏ ÜÇÜNCÜ AY MİNERAL KƏŞFİ Bu iki mineral Çin tərəfindən Aydan toplanan qaya və torpaq nümunələrində aşkar edilən ikinci və üçüncü minerallardır. Çin alimləri daha əvvəl 2022-ci ilin sentyabrında Ay nümunələrində "çangizit-(Y)" adlandırdıqları fosfat mineralını kəşf etdiklərini bildirmişdilər Yeni kəşflərlə bu günə qədər Ayda kəşf edilən mineralların sayı 8-ə yüksəldi. Çindən əvvəl ABŞ və Rusiya Ay səthindən qaya və torpaq nümunələri toplayaraq mineral kəşfiyyatına öncülük etmişdilər Çin, Ayın səthindən qaya və torpaq nümunələri toplamaq məqsədi ilə 2020-ci ilin noyabr ayında ilk kəşfiyyat vasitəsi olan Chang-5-i Aya göndərdi və vasitə 2020-ci ilin dekabrında topladığı 1,73 kiloqram qaya və torpaq nümunələri ilə Yerə qayıtdı


