Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edildi - VİDEO
Havanın isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması s

Havanın isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur Bu barədə Publika.az-a qurumun Mətbuat xidmətindən məlumat verilib Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır Belə ki, aşağıda qeyd olunan hallar qadağandır: çimərlik kimi nəzərdə tutulmamış yerlərdə, o cümlədən kanal və çaylarda çimmək; çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək; küləkli havada dənizə girmək; çimərlikdə gecələmək; sərxoş halda çimərlikdə olmaq; suda kobud hərəkətlər etmək; xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq! çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir! qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir! Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin! Dələduzluq edən 12 nəfər saxlanıldı Gəncədə tut ağacından yıxılan kişi öldü Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan saxlanıldı İtkin düşmüş 5 nəfər tapıldı Polis 7 avtomat, 1 tapança, 5 tüfəng və 2 mindən çox patron aşkarladı 47 kiloqramdan çox narkotik vasitə aşkarlandı Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil" An-32 qəzaya uğradı, 5 hərbçi öldü - SSRİ istehsalı imiş Məşhur rus alim Ermənistanın hava limanında saxlanıldı İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı Pentaqon UNO materiallarını yayımladı - Üçüncü dəfə Bakının parkinq böhranı necə həll oluna bilər? - Video


