Tenqri
Ana Səhifə
Dünya

IMO Baş katibi Azovda azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi

Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Arsenio Dominqes Azov dənizində azərbaycanlı dənizçilərin faciəvi şəkildə həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib Publika.az xəbər verir ki, bu barədə IMO Baş katibinin ölkəmizin Böyük Britaniyadakı səfiri Elin Süleymanova ünvanlanmış mə

0 baxışpublika.az
IMO Baş katibi Azovda azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
Paylaş:

Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Arsenio Dominqes Azov dənizində azərbaycanlı dənizçilərin faciəvi şəkildə həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib Publika.az xəbər verir ki, bu barədə IMO Baş katibinin ölkəmizin Böyük Britaniyadakı səfiri Elin Süleymanova ünvanlanmış məktubunda qeyd olunub "Dərin hüznlə 2026-cı il iyunun 5-də Azov dənizində "Natra" və "Zirkon" yük gəmilərinə hücumlar nəticəsində insanların faciəvi şəkildə həlak olduğunu öyrəndim. Bildirilmişdi ki, hadisə nəticəsində azərbaycanlı dənizçilər (4 nəfər - red.) həlak olub, digərləri (4 nəfər - red.) isə yaralanıb. Beynəlxalq Dəniz Təşkilatının bütün üzvləri, Katiblik və şəxsən öz adımdan Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Biz ruhən həlak olanların ailələrinin, dostlarının, yaxınlarının və bu faciənin toxunduğu hər kəsin yanındayıq", - məktubda bildirilib O vurğulayıb ki, IMO bütün dənizçilərin təhlükəsizliyinin, mühafizəsinin və qorunmasının təmin edilməsinə, həmçinin təhlükəsiz gəmiçilik şəraitinin yaradılması üzrə beynəlxalq səylərin dəstəklənməsinə sadiq qalır: "Üzv dövlətlər və dəniz sənayesinin bütün iştirakçıları arasında əməkdaşlığın davam etdirilməsi belə faciələrin qarşısının alınması və dənizdə işləyənlərin müdafiəsinin gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir" Parlamentdə komitələrin birgə iclası və ictimai dinləmə keçirildi Türkiyə Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir Ceyhun Bayramov Hakan Fidanla görüşdü - Yeniləndi Bu nazirə yeni müşavir təyin edildi - FOTO Emin: Nənəm bu evliliyə qarşı idi - VİDEO Milli Məclisin 3 komitəsinin birgə iclası keçirilir Şuşada bunu etmək qadağan edilir 4 gün yağış yağacaq - Xəbərdarlıq Kimlərə güzəştli kreditlər veriləcək? İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı İlham Əliyev sərəncam imzaladı Keçid balları düşəcək? Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər

Kaynak: publika.az

Diğer Haberler