İmişlidə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən İmişli şəhəri, S. Fətəliyev küçəsində fəaliyyət göstərən və fiziki şəxs Azər Nurəddin oğlu Həsənova məxsus olan çörək emalı müəssisəsində plandankənar yoxlama aparılıb 525.az-a bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən İmişli şəhəri, S. Fətəliyev küçəsində fəaliyyət göstərən və fiziki şəxs Azər Nurəddin oğlu Həsənova məxsus olan çörək emalı müəssisəsində plandankənar yoxlama aparılıb 525.az-a bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib Bildirlib ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində qüvvədə olan texniki normativ hüquqi aktların, eləcə də, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. İstehsalatda istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin mütəmadi həyata keçirilmədiyi aşkar olunub Uyğunsuzluqlarla bağlı müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Qida obyektinin fəaliyyəti nöqsanlar tam aradan qaldırılanadək müvəqqəti olaraq dayandırılıb

