BVF Yaxın Şərq münaqişəsi fonunda Orta Dəhliz tranzitində potensial artımı vurğulayır
BAKI, Azərbaycan, 7 aprel. Yaxın Şərqdəki münaqişə Orta Dəhliz üzrə tranzit daşımaların artmasına səbəb ola bilər, Trend Beynəlxalq Valyuta Fonduna istinadən xəbər verir "Yaxın Şərqdə münaqişənin gərginləşməsi İsrail və Körfəz ölkələrindən turist axınının daha da azalmasına, inflyasiya təzyiqlərin

BAKI, Azərbaycan, 7 aprel. Yaxın Şərqdəki münaqişə Orta Dəhliz üzrə tranzit daşımaların artmasına səbəb ola bilər, Trend Beynəlxalq Valyuta Fonduna istinadən xəbər verir "Yaxın Şərqdə münaqişənin gərginləşməsi İsrail və Körfəz ölkələrindən turist axınının daha da azalmasına, inflyasiya təzyiqlərinin güclənməsinə və maliyyə şərtlərinin sərtləşməsinə səbəb ola bilər. "Daha uzanan münaqişə maliyyə və turist axınının Gürcüstana yönləndirilməsinə, eləcə də Orta Dəhliz vasitəsilə tranzitin artmasına səbəb ola bilər", - deyə fondun hesabatlarında bildirilir BVF analitiklərinin fikrincə, Ukraynada sülh yolu ilə həll miqrasiya, maliyyə axınları və tranzit ticarəti ilə bağlı tendensiyaları qismən geri qaytara, eyni zamanda daha geniş regional sabitliyə və etimadın yaradılmasına töhfə verə bilər "Avropa İttifaqı ilə münasibətlərdəki çətinliklər investorların əhval-ruhiyyəsinə və birbaşa xarici investisiyaların həcminə mənfi təsir göstərə bilər, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərindən olan investor tərəfindən həyata keçirilən 6,6 milyard dollar dəyərində daşınmaz əmlak layihəsi iqtisadi artım və məşğulluq üçün əhəmiyyətli potensiala malikdir", - hesabatda deyilir Orta dəhliz regionun bir sıra ölkələrindən keçən və Asiyanı Avropa ilə birləşdirən nəqliyyat və ticarət yoludur. O, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ kimi xidmət edir Marşrut Çindən başlayır və Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizini, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən Çini Avropa ilə birləşdirən daha uzun dəniz yollarından yan keçən quru yoludur


