Şimali Makedoniya ilə DB kogenerasiya stansiyasının tikintisi üçün 2,4 milyon dollarlıq saziş imzalayıb
Şimali Makedoniyanın elektrik enerjisi istehsalı şirkəti - AD ESM ilə Dünya Bankı (DB) arasında 2,4 milyon ABŞ dolları məbləğində qrant sazişi imzalanıb "Report"un Balkan bürosu xəbər verir ki, saziş ölkənin ən iri enerji obyektlərindən biri olan "REK Bitola"da yeni kogenerasiya stansiyasının tikin

Şimali Makedoniyanın elektrik enerjisi istehsalı şirkəti - AD ESM ilə Dünya Bankı (DB) arasında 2,4 milyon ABŞ dolları məbləğində qrant sazişi imzalanıb "Report"un Balkan bürosu xəbər verir ki, saziş ölkənin ən iri enerji obyektlərindən biri olan "REK Bitola"da yeni kogenerasiya stansiyasının tikintisi layihəsi üzrə hazırlıq işlərinin başlanmasını nəzərdə tutur Tədbirdə Şimali Makedoniyanın Baş naziri Xristian Mitskoski, energetika, dağ-mədən və mineral ehtiyatlar naziri Sanya Bojinovska, nəqliyyat naziri Aleksandar Nikoloski, həmçinin Dünya Bankı və AD ESM şirkətinin nümayəndələri iştirak ediblər Nazir Sanya Bojinovska bildirib ki, layihə ölkənin enerji sektorunun modernləşdirilməsi istiqamətində mühüm addımdır və hökumətin təhlükəsiz və dayanıqlı enerji sisteminin qurulmasına dair strateji kursunu təsdiqləyir Onun sözlərinə görə, Şimali Makedoniya bərpa olunan enerji mənbələrinin inkişafını sürətləndirsə də, enerji təchizatının etibarlılığını təmin etmək üçün sabit istehsal güclərinin yaradılması zəruridir Qeyd edək ki, "REK Bitola"da tikilməsi planlaşdırılan yeni kogenerasiya stansiyası elektrik və istilik enerjisinin eyni vaxtda istehsalını təmin edəcək. Layihənin həyata keçirilməsi nəticəsində zərərli emissiyaların azalacağı və havanın keyfiyyətinin yaxşılaşacağı gözlənilir Ümumi dəyərinin 200 milyon avrodan çox qiymətləndirildiyi bildirilən "REK Bitola 1" layihəsi Şimali Makedoniyanın enerji sektorunun transformasiyası və ölkənin milli və Avropa enerji-keçid hədəflərinə çatması baxımından əsas investisiyalardan biri hesab olunur Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

