Tenqri
Ana Səhifə
Dünya

Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb

Şimali İrlandiyanın Belfast şəhərində iyunun 8-də baş vermiş ağır bıçaqlanma hadisəsindən sonra başlayan iğtişaşlar ikinci gecə də davam edib AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Antrim qraflığında böyük kütləni dağıtmaq üçün polis ilk dəfə su şırnaqlarından istifadə edib. İğtişaşlar zamanı çev

0 baxışazertag.az
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
Paylaş:

Şimali İrlandiyanın Belfast şəhərində iyunun 8-də baş vermiş ağır bıçaqlanma hadisəsindən sonra başlayan iğtişaşlar ikinci gecə də davam edib AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Antrim qraflığında böyük kütləni dağıtmaq üçün polis ilk dəfə su şırnaqlarından istifadə edib. İğtişaşlar zamanı çevik polis qüvvələri daş, şüşə butulka və taxta parçaları ilə hücuma məruz qalıb. Nəticədə 12 polis əməkdaşı yaralanıb, 16 nəfər isə saxlanılıb Böyük Britaniyanın Şimali İrlandiya üzrə dövlət katibi Hilari Benn baş verən hadisələrdən sonra bölgədə etnik azlıqlar arasında qorxu hissinin yayıldığını bildirib. O, zorakılıq hallarını pisləyərək ictimai asayişin qorunmasının vacibliyini vurğulayıb Xatırladaq ki, baş vermiş bıçaqlanma hadisəsi ilə əlaqədar Sudandan olan 30 yaşlı şəxs həbs edilib. O, məhkəmə qarşısına çıxarılıb və qəsdən adam öldürməkdə ittiham olunub. Hücum nəticəsində ağır xəsarətlər alan Stiven Oqilvinin ailəsi onun vəziyyətinin stabil olduğunu açıqlayıb və ictimaiyyəti sakitliyə çağırıb Polis hadisələrlə bağlı araşdırmaları davam etdirir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler