Tenqri
Ana Səhifə
Dünya

Çili yığmasının kapitanı: "Azərbaycan çövkən üzrə dünya çempionatının əsas favoritidir"

Çövkənin böyük gələcəyi var, çünki bu idman növü fəal şəkildə inkişaf edir və dünyanın müxtəlif bölgələrindən getdikcə daha çox tərəfdar cəlb edir Bu barədə "Report"a çövkən üzrə Çili yığmasının kapitanı Eduardo Eçem bildirib Çili yığması Azərbaycanda keçirilən çövkən üzrə 2-ci dünya çempionatının

0 baxışreport.az
Çili yığmasının kapitanı: "Azərbaycan çövkən üzrə dünya çempionatının əsas favoritidir"
Paylaş:

Çövkənin böyük gələcəyi var, çünki bu idman növü fəal şəkildə inkişaf edir və dünyanın müxtəlif bölgələrindən getdikcə daha çox tərəfdar cəlb edir Bu barədə "Report"a çövkən üzrə Çili yığmasının kapitanı Eduardo Eçem bildirib Çili yığması Azərbaycanda keçirilən çövkən üzrə 2-ci dünya çempionatının iştirakçılarından biridir "Hesab edirəm ki, bu gün çövkən Asiya və Afrikada sürətlə inkişaf edir, həmçinin dünyanın digər qitələrində də tədricən populyarlıq qazanır. Bu idman növünün böyük gələcəyi var. O, təkcə yarış baxımından yox, həm də xüsusi atmosferi sayəsində çox maraqlıdır. Burada komandalar arasında əsl qardaşlıq ruhu hiss olunur. İdman rəqabətindən əlavə, dostluq və qarşılıqlı hörmət hökm sürür. Bu isə məncə, bu idman növünün daha da sürətlə inkişaf etməsinə kömək edəcək", - o qeyd edib Turnirin Bakıda təşkilindən bəhs edən E.Eçem onun səviyyəsini yüksək qiymətləndirib: "Hər şey çox yüksək səviyyədə təşkil olunub. Bizi çox yaxşı qarşıladılar və qəbul etdilər. Düzünü desəm, hər şey gözləntilərimizi üstələdi. Təşkilatçılar və yerli sakinlər tərəfindən daim səmimi və qonaqpərvər münasibət hiss edirik" E.Eçem, həmçinin qeyd edib ki, onun komandası üçün dünya çempionatında iştirak etmək ilk belə təcrübə olub: "Bizim çox yaxşı komandamız var. Bir-birimizi çoxdandır tanıyırıq. Çünki Çilidə uzun illərdir birlikdə oynayırıq. Biz əsasən çövkən deyil, polo oynamışıq. Çövkən yarışlarında iştirak etmək bizim üçün ilk təcrübədir. Lakin uzlaşma və qarşılıqlı anlaşma sayəsində digər yığmalara qarşı mübarizə aparmaq bizim üçün daha asan olacaq" Turnirin favoritləri ilə bağlı sualı cavablandıran Çili yığmasının kapitanı qələbəyə əsas namizəd kimi Azərbaycan yığmasının adını çəkib: "Düşünürəm ki, əsas favorit Azərbaycan yığmasıdır. Bu gün biz məhz onlarla oynamalıyıq. Bu, çox güclü komandadır. Oyunçular öz atlarını çox yaxşı tanıyırlar, doğma arenada çıxış edirlər və artıq uzun müddətdir birlikdə oynayırlar. Buna görə də, fikrimcə, turnirdə qələbə qazanmaq üçün ən yüksək şans məhz Azərbaycan yığmasındadır" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler

Çili yığmasının kapitanı: "Azərbaycan çövkən üzrə dünya çempionatının əsas favoritidir" | Tenqri