İlham Bayramov: Qarabağ iqtisadi rayonu üzrə planlaşdırılan suvarma suyunun 62,7 faizi dənli və yem bitkilərinə yönəldiləcək
Qarabağ iqtisadi rayonu ölkəmizin aqrar inkişafında mühüm potensiala malik olan, taxılçılıq, pambıqçılıq, heyvandarlıq, quşçuluq, çoxillik əkinlər və həyətyanı təsərrüfatlar üzrə istehsal imkanları ilə seçilən regionlardan biridir. Bu potensialın tam reallaşdırılması isə ilk növbədə etibarlı və daya

Qarabağ iqtisadi rayonu ölkəmizin aqrar inkişafında mühüm potensiala malik olan, taxılçılıq, pambıqçılıq, heyvandarlıq, quşçuluq, çoxillik əkinlər və həyətyanı təsərrüfatlar üzrə istehsal imkanları ilə seçilən regionlardan biridir. Bu potensialın tam reallaşdırılması isə ilk növbədə etibarlı və dayanıqlı su təminatından asılıdır AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabədi rayonunda keçirilən regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib O bildirib ki, hazırda Qarabağ iqtisadi rayonu üzrə Agentliyin xidmət göstərdiyi ərazilərdə 249 min 307 hektar suvarılan sahə mövcuddur və cari ildə bu sahələr üçün 1 277,651 milyon kubmetr suvarma suyunun təmin edilməsi planlaşdırılır. Bu həcmin 62,7 faizi dənli və yem bitkilərinə, 37,3 faizi isə pambıqçılıq, bostançılıq, tərəvəzçilik, çoxillik əkinlər və həyətyanı sahələrə yönəldiləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Böyük Britaniyada 2027-ci ildən 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan ediləcək - Vlast analitik onlayn jurnalı

Qırğızıstan MDB-də ilk olaraq protezlərin 3D çapını işə saldı: artıq Akçabarda aylarla gözləmək lazım deyil
