İlham Əliyev İliana Yotova ilə görüşüb - FOTO
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliana Yotova ilə görüşüb AZƏRTAC xəbər verir ki, hörmətli qonaq bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü və bu konfransda aparılan müzakir

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliana Yotova ilə görüşüb AZƏRTAC xəbər verir ki, hörmətli qonaq bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü və bu konfransda aparılan müzakirələri məmnunluqla xatırlayıb Bolqarıstan Prezidenti Ümumdünya Şəhər Forumunun dünyada baş verən müharibə və münaqişələr kontekstində aktual mövzuya həsr olunmuş 13-cü sessiyasının Azərbaycanda keçirilməsini böyük hadisə kimi qiymətləndirib. O vurğulayıb ki, bu tədbirdə Bolqarıstanı dövlət başçısı, eləcə də ölkənin 10-dan çox müxtəlif bələdiyyələrinin rəhbərləri, Şuşa şəhəri ilə qardaşlaşmış Veliko Tırnovo şəhərinin meri təmsil edir Ümumdünya Şəhər Forumunun sessiyasının bu sahədə aktual məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu qeyd edən qonaq tədbirin ölkəmizdə təşkili münasibətilə onu təbrik edib Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirdi Prezident İliana Yotova Azərbaycan ilə Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı. Bu kontekstdə o, həmrəylik halqası layihəsinin əhəmiyyətini qeyd edib. Mədəni-humanitar əlaqələrə toxunan Bolqarıstan Prezidenti Azərbaycanda bolqar dilinin tədrisini yüksək qiymətləndirib. O, həmçinin Heydər Əliyev Fondunun Bolqarıstanda həyata keçirdiyi humanitar layihələri, Veliko Tırnovo ilə Şuşa şəhəri arasında qardaş şəhər əlaqələrini və burada Şuşa parkının salınmasını diqqətə çatdırıb İliana Yotova Bolqarıstanda Trapezitsa Memarlıq-Muzey Qoruğunun bərpasına Heydər Əliyev Fondunun dəstəyinə görə bir daha minnətdarlığını bildirib Söhbət zamanı ölkələrimiz arasında səmərəli əməkdaşlığın qarşılıqlı hörmət və etimad əsasında möhkəmləndiyi vurğulandı; enerji sektorunda, o cümlədən elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə qarşılıqlı fəaliyyət perspektivləri müzakirə edilib Azərbaycan ilə Bolqarıstan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunulub Dövlət başçıları ikitərəfli gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar


