Tenqri
Ana Səhifə
Dünya

İlham Əliyev Avropa Komissiyasının vitse-prezidentini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib AZƏRTAC xəbər verir ki, söhbət zamanı Prezident İlham Əli

0 baxışcaliber.az
İlham Əliyev Avropa Komissiyasının vitse-prezidentini qəbul edib - FOTO
Paylaş:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib AZƏRTAC xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Kaya Kallas ilə görüşləri məmnunluqla xatırladılıb, onun 2025-ci ildə ölkəmizə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı səmərəli müzakirələrin aparıldığı bildirilib Kaia Kallas Avropa İttifaqı Şurasının sədri Antonio Kostanın salamlarını dövlətimizin başçısına çatdırdı Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antonio Kostaya çatdırmağı xahiş etdi Kaya Kallas dövlətimizin başçısının və Avropa İttifaqı Şurasının sədri Antonio Kostanın ölkəmizə səfəri zamanı qəbul etdikləri, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin strateji xarakter daşıdığını vurğulayan birgə bəyanatın əhəmiyyətinə toxundu Qonaq qeyd edib ki, Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır Prezident İlham Əliyev ölkəmizlə Avropa İttifaqı arasında enerji, əlaqə, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxundu. Dövlət başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu, eyni zamanda, ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Bununla bağlı Prezident İlham Əliyev qeyd edib ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzvü ölkəsinə - Almaniya və Avstriyaya tədarük olunmağa başlayıb Söhbət zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinə toxunulub, ölkəmizin sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar vurğulanıb. Bildirilib ki, Azərbaycanla Ermənistan arasında artıq ticari-iqtisadi əlaqələr qurulub; Bu kontekstdə ölkəmizin birtərəfli qaydada Ermənistana tranzit yüklərin daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırdığı vurğulanıb. Azərbaycan Prezidentinin İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə iştirakı tarixi hadisə kimi qiymətləndirilib Görüşdə vurğulanıb ki, hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq gündəliyinə rəqəmsal transformasiya, süni intellekt, bərpa olunan enerji və digər sahələrdə qarşılıqlı fəaliyyət məsələləri daxildir Söhbət zamanı minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstəyə görə Avropa İttifaqına minnətdarlıq ifadə edilib və TRIPP layihəsinin başlanmasının regional əlaqə baxımından yaxşı imkanlar yaradacağı qeyd edilib Dövlətimizin başçısı və Kaya Kallas Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər

Kaynak: caliber.az

Diğer Haberler