Tenqri
Ana Səhifə
Dünya

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət edib - FOTO; xəbər əlavə edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikastriyasının prefekti George Yakob Kuvakadı qəbul edib Söhbət zamanı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, ikitərəfli əlaqələrin inkişafın

0 baxışhaqqin.az
İlham Əliyev Roma Papasını Azərbaycana dəvət edib - FOTO; xəbər əlavə edilib
Paylaş:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikastriyasının prefekti George Yakob Kuvakadı qəbul edib Söhbət zamanı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, ikitərəfli əlaqələrin inkişafında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin rolu qeyd olundu. Bu kontekstdə Corc Yakob Kuvakadın respublikanın bölgələrinə gözlənilən səfərinin əhəmiyyəti vurğulanıb Qəbul və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Roma Papası XIV Leonun və Vatikanın dövlət katibi kardinal Pietro Parolinin salamlarını dövlətimizin başçısına çatdırdı Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Roma Papasına və Vatikanın dövlət katibinə çatdırmağı xahiş etdi Dövlətimizin başçısı Vatikana səfərini və Roma Papası Fransisk ilə görüşünü, eləcə də Azərbaycana səfərini məmnunluqla xatırladı Söhbət zamanı Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin tarixən bir ailə kimi sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı məmnunluqla vurğulanıb, tolerantlıq və multikulturalizm məkanı kimi Azərbaycanın qlobal səviyyədə dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfəsi vurğulanıb Müqəddəs Taxt-Tac Katolik Kilsəsinin Azərbaycanda fəaliyyəti qeyd olunub, ölkəmizdə ikinci belə kilsənin inşası barədə məlumat verilib Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında əməkdaşlığa toxunulub, Fondun bu ölkədə həyata keçirdiyi layihələrin mədəni irsin qorunması və dinlərarası dialoqun təşviqi baxımından rolu qeyd edilib Görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb Dövlət başçısı Corc Yakob Kuvakada Roma Papası XIV Leo-nu Azərbaycana səfərə dəvət məktubunu təqdim edib

Kaynak: haqqin.az

Diğer Haberler