Tenqri
Ana Səhifə
Dünya

İkinci rübdə qlobal neft ehtiyatları gündəlik 6,3 milyon barel azalacaq – PROQNOZ

Cari təchizat fasilələri səbəbindən qlobal neft ehtiyatlarının Yaxın Şərqdəki münaqişədən əvvəlki səviyyəyə qayıtmayacağı və ehtiyatların ilin ikinci rübündə orta hesabla gündəlik 6,3 milyon barel azalacağı proqnozlaşdırılır AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiy

0 baxışazertag.az
İkinci rübdə qlobal neft ehtiyatları gündəlik 6,3 milyon barel azalacaq – PROQNOZ
Paylaş:

Cari təchizat fasilələri səbəbindən qlobal neft ehtiyatlarının Yaxın Şərqdəki münaqişədən əvvəlki səviyyəyə qayıtmayacağı və ehtiyatların ilin ikinci rübündə orta hesabla gündəlik 6,3 milyon barel azalacağı proqnozlaşdırılır AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir Məlumata görə, Hörmüz boğazının 3 aydan çox davam edən faktiki bağlanması qlobal neft bazarlarında qiymətlərin yüksək dəyişkənlik nümayiş etdirməsinə təsir göstərir. Hörmüz boğazının yenidən açılması ilə bağlı yaxınlaşan razılaşma xəbəri may ayında “Brent” markalı xam neftin bir barelinin spot qiymətinin aprel ayı ilə müqayisədə 10 dollar azalaraq orta hesabla 107 dollara düşməsinə səbəb olub. Bununla belə, razılaşma hələ də baş tutmayıb, regionda neft hasilatının əhəmiyyətli bir hissəsi hələ də dayanıb və neft ehtiyatları qlobal tələbatı ödəmək üçün istifadə olunmağa davam edir. Buna baxmayaraq, Hörmüz boğazının yayın əvvəlinə qədər faktiki olaraq bağlı qalacağı və ilin üçüncü rübündə neft axınlarının tədricən bərpa olunacağı ehtimal edilir. İstehsal və ticarət axınlarının 2027-ci ilin əvvəlinə qədər münaqişədən əvvəlki səviyyəyə qayıda bilməyəcəyi proqnozlaşdırılır Bildirilir ki, qlobal təchizatda uzun müddət davam edən fasilələr neft ehtiyatlarının tükənməsinin sürətlənməsinə işarə etsə də, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ümumi maye yanacaq ehtiyatlarının ilin sonuna qədər 2003-cü ildən bəri olan ən aşağı səviyyəyə düşəcəyi gözlənilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler