İkinci ANİMAFİLM beynəlxalq pitçinq müsabiqəsinə qeydiyyat müddəti uzadılıb
9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində mayın 13-17-də Bakıda baş tutacaq 2-ci ANİMAFİLM beynəlxalq pitçinq müsabiqəsinə qeydiyyat müddəti aprelin 15-dək uzadılıb Bu barədə AZƏRTAC-a Azərbaycan Animasiya Assosiasiyasından məlumat verilib Bildirilib ki, müsabiqənin məqsədi inkişa

9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində mayın 13-17-də Bakıda baş tutacaq 2-ci ANİMAFİLM beynəlxalq pitçinq müsabiqəsinə qeydiyyat müddəti aprelin 15-dək uzadılıb Bu barədə AZƏRTAC-a Azərbaycan Animasiya Assosiasiyasından məlumat verilib Bildirilib ki, müsabiqənin məqsədi inkişaf, pre-prodakşn və ya istehsal mərhələsində olan yerli və xarici animasiya layihələrini dəstəkləməkdir Müsabiqəyə Azərbaycandan və dünyanın bütün ölkələrindən layihələr qəbul olunur. Layihənin ən azı 50 faizi animasiyadan ibarət olmalıdır. Həmçinin müsabiqəyə qısametrajlı filmlər, tammetrajlı filmlər və seriallar formatında layihələr qəbul olunur. Animasiya texnikaları və mövzular üzrə heç bir məhdudiyyət yoxdur. Sənədlər Azərbaycan və ya ingilis dilində təqdim olunmalıdır Qaliblər peşəkar pitçinq münsiflər heyəti tərəfindən seçiləcək və 9-cu ANIMAFILM Beynəlxalq Animasiya Festivalı zamanı elan olunacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


