Daxili İşlər Nazirliyi gənclərin narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəlb olunmasının artdığını bildirib
Qırğızıstanda gənclərin narkotik vasitələrin qanunsuz yayılması və satışına cəlb edilməsi geniş vüsət alıb. Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Xidmətinin nümayəndəsi Kanıbek Usonov “Birinci Radio”ya müsahibəsində bildirib ki, buna səbəb yeniyetmələrin qısa müddətdə külli m

Qırğızıstanda gənclərin narkotik vasitələrin qanunsuz yayılması və satışına cəlb edilməsi geniş vüsət alıb. Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Xidmətinin nümayəndəsi Kanıbek Usonov “Birinci Radio”ya müsahibəsində bildirib ki, buna səbəb yeniyetmələrin qısa müddətdə külli miqdarda pul qazanmağa marağıdır "Son illər narkotik alveri ilə məşğul olanların yaşı getdikcə cavanlaşır. Çünki gənclər qısa zamanda külli miqdarda pul qazanmaq və asan ov axtarmaq istəyirlər. Amma bu, baş verməyəcək. Hər bir cinayətin məsuliyyəti var", - Usanov bildirib Kanıbek Usenovun sözlərinə görə, narkotik cinayətləri törədənlər arasında tələbələr və orta məktəb şagirdləri də var. Onların əksəriyyəti sosial ehtiyacı olan ailələrin uşaqlarıdır. Amma bununla yanaşı, imkanlı valideyn olan uşaqlar da asan qazanc əldə etməkdə maraqlıdırlar və şirnikləndirilirlər Narkotik yaymaq həvəsinə düşən qızların hələ də olduğunu qeyd edən Usonov gənclərin 1-2 dəfə bu işə qarışsalar, “gözdən qaçacağını” düşündüyünü, lakin bunun səhv olduğunu bildirib. Onun sözlərinə görə, adətən gənclərə paylanmaq üçün verilən bir bağlamada cinayət məsuliyyətinə cəlb olunmaq üçün əsas ola biləcək külli miqdarda narkotik maddə olur O əlavə edib ki, Daxili İşlər Nazirliyi narkotik vasitələrin satışı və yayılması cinayətinin fəsadları ilə bağlı tələbə və məktəblilər arasında mütəmadi olaraq maarifləndirmə işləri aparır Qırğızıstan qanunları narkotik maddələrin yayılması və satışı cinayətini 5 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Bu cinayətə görə məsuliyyət 14 yaşından başlayır.(ZKo)


