Fənərbaxçadan Salah bombası: Super Liqanı sarsıtmağa gəlir
Prezident seçkiləri öncəsi “Fənərbaxça”nın transfer cəhdləri sürətlənərkən, Məhəmməd Salahdan çox danışılan iddia gəldi. Misir mətbuatı dünyaca məşhur ulduzun sarı-göylü komandanın təklifinə "hə" dediyini yazıb İddialara görə, "Fənərbaxça" Məhəmməd Salaha illik 20 milyon avro maaşla 3 illik müqavi

Prezident seçkiləri öncəsi “Fənərbaxça”nın transfer cəhdləri sürətlənərkən, Məhəmməd Salahdan çox danışılan iddia gəldi. Misir mətbuatı dünyaca məşhur ulduzun sarı-göylü komandanın təklifinə "hə" dediyini yazıb İddialara görə, "Fənərbaxça" Məhəmməd Salaha illik 20 milyon avro maaşla 3 illik müqavilə təklif edib. Misir mətbuatından El Fagr xəbərində ulduz futbolçunun bu təklifə müsbət cavab verdiyi iddia edilib Xəbərdə fövqəladə ümumi qurultayın qərarından sonra hazırkı rəhbərliyin transfer prosesi ilə bağlı məlumatı prezidentliyə namizədlər Əziz Yıldırım və Hakan Safiyə çatdırdığı bildirilib. Hər iki namizədin Məhəmməd Salahla danışıqları davam etdirdiyi bildirilib 33 yaşlı ulduz futbolçunun "Fənərbağça"da oynamaqda maraqlı olduğu, lakin Avropadan gələn digər təklifləri də dəyərləndirmək istədiyi qeyd edilib. Salahın 6-7 iyunda keçiriləcək seçki prosesinə qədər bütün variantları nəzərdən keçirəcəyi bildirilib Xəbərdə Məhəmməd Salahın 2026-cı il dünya çempionatı başlamazdan əvvəl yeni komandasını açıqlamasının gözlənildiyi bildirilib. Transfer iddiası qısa zamanda futbol dünyasında böyük əks-səda yaratdı

