İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək
İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan qurumlar – İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) – İİB Qrupunun Biznes Forumu (THIQAH)

İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan qurumlar – İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) – İİB Qrupunun Biznes Forumu (THIQAH) ilə tərəfdaşlığı ilə iyunun 16-19-da Bakı Konqres Mərkəzində 14-cü Özəl Sektor Forumu (PSF 2026) keçiriləcək AZƏRTAC xəbər verir ki, İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil edilən Forum İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) yaxından iştirakı və əməkdaşlığı ilə baş tutacaq “Dayanıqlı Rifah naminə Regional İnteqrasiya” devizi altında keçiriləcək PSF-2026 davamlı iqtisadi artımın təşviqində, ticarət və investisiya axınlarının genişləndirilməsində, eləcə də İİB-ə üzv ölkələr arasında strateji tərəfdaşlıq imkanlarının reallaşdırılmasında özəl sektorun həlledici rolunu gücləndirmək məqsədi daşıyır. Regional dəyər zəncirinin və iqtisadi dayanıqlılığın təmin edilməsinin getdikcə daha böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə bu forum əsas maraqlı tərəflər üçün yeni biznes imkanlarının araşdırılması, təcrübə mübadiləsinin aparılması və üzv dövlətlər arasında daha dərin iqtisadi inteqrasiyanın formalaşdırılması baxımından mühüm strateji platforma rolunu oynayacaq PSF-2026 transsərhəd investisiya və ticarət əlaqələrini təşviq etməklə yanaşı, infrastruktur, energetika, texnologiya, səhiyyə və maliyyə kimi strateji sahələrdə meydana çıxan yeni imkanları da diqqət mərkəzində saxlayacaq Forum çərçivəsində təşkil olunacaq alisəviyyəli dialoqlar, B2B və B2G formatlı görüşlər, startapların cəlb edildiyi proqramlar və bilik mübadiləsi sessiyaları vasitəsilə dövlət-özəl sektor tərəfdaşlığının möhkəmləndirilməsi, sahibkarlıq subyektlərinin və KOB-ların dəstəklənməsi, eləcə də üzv ölkələrin iqtisadiyyatlarında innovasiyayönümlü inkişafın təşviqi hədəflənir Yüksəkvəzifəli dövlət rəsmiləri, aparıcı yerli və beynəlxalq şirkətlərin prezidentləri və baş icraçı direktorları, çoxtərəfli inkişaf institutları, ticarət və sənaye palataları, biznes assosiasiyaları, investisiyaların təşviqi agentlikləri, investorlar, sahibkarlar və maliyyə qurumlarının nümayəndələri də daxil olmaqla, tədbirin 1500-dən çox iştirakçısını bir araya gətirəcəyi gözlənilir Panel müzakirələri və əsas məruzələrlə yanaşı, P2SF-2026 çərçivəsində tərəfdaşlara öz layihələrini, xidmətlərini və investisiya imkanlarını nümayiş etdirmək imkanı yaradan xüsusi sərgi platforması da fəaliyyət göstərəcək. Forum həm də innovasiyaların təşviqi və perspektivli biznes ideyalarının ön plana çıxarılması məqsədi daşıyan startap müsabiqəsinə ev sahibliyi edəcək. Bundan əlavə, tədbir zamanı iqtisadi inkişaf və ticarətin asanlaşdırılması işinə verdikləri töhfələrə görə fərqlənən təşkilatların və şəxslərin təltif olunduğu İİB Qrupunun Fərqlənmə Mükafatları dördüncü dəfə öz sahiblərinə təqdim ediləcək Forum öz işində görkəmli natiqləri, o cümlədən İİB Qrupuna daxil olan qurumların baş icraçı direktorlarını – ICIEC-nin baş icraçı direktoru və ICD-nin müvəqqəti baş icraçı direktoru Dr. Xalid Xələfallanı və ITFC-nin baş icraçı direktoru, mühəndis Ədib Yusuf Əl Aamanı qəbul edəcək. Onlar sənaye liderləri və mütəxəssislərlə birlikdə İİB-ə üzv dövlətlər arasında investisiya və ticarət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən dəyərli fikirlərini və qabaqcıl təcrübələrini bölüşəcəklər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


