İH başçısı: Qubada meyvələrin saxlanması üçün 58 min ton tutumu olan 25 soyuducu anbar var
"Hazırda Qubada 177 min 598 hektar kənd təsərrüfatı təyinatlı, 144 min 846 hektar kənd təsərrüfatına yararlı torpaq sahələri mövcuddur. Həmin torpaq sahələrinin 19 min 229 hektarını əkin torpaqları, 14 min 801 hektarını çoxillik əkmələr, 57 min 350 hektarını örüş sahələri, 15 min 275 hektarını biçən

"Hazırda Qubada 177 min 598 hektar kənd təsərrüfatı təyinatlı, 144 min 846 hektar kənd təsərrüfatına yararlı torpaq sahələri mövcuddur. Həmin torpaq sahələrinin 19 min 229 hektarını əkin torpaqları, 14 min 801 hektarını çoxillik əkmələr, 57 min 350 hektarını örüş sahələri, 15 min 275 hektarını biçənəklər, 5 min 708 hektarını həyətyanı torpaqların əkin və çoxillik əkmə sahələri, 32 min 483 hektarını isə yay otlaq sahələri təşkil edir. Mövcud torpaq sahələrin 26 min 32 hektarı suvarılan torpaq sahələridir" APA xəbər verir ki, bunu Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Qubada keçirilən regional müşavirədə deyib İH başçısı bildirib ki, son illərdə rayonda intensiv və superintensiv meyvə bağlarının salınmasına maraq olduqca artmışdır. Hazırda rayon üzrə 7 min 76,5 hektarı alma bağı olmaqla, 17 min hektar meyvə bağı vardır. 2025-ci ildə rayonda 2 min 40 hektar yeni bağlar salınıb. 2025-ci ildə rayon üzrə 156 min tona yaxın meyvə və giləmeyvə tədarük olunub: "Rayonumuzda sahibkarlığın inkişafı və investisiya qoyuluşu üçün hər cür şərait var. Tərəfimizdən mütəmadi olaraq sahibkarlar və fermerlərlə təkbətək və kollektiv görüşlər keçirilir, dövlət-özəl münasibətləri müzakirə olunur, onları maraqlandıran məsələlər ətraflı dinlənilərək müvafiq köməkliklər göstərilir" O da bildirilib ki, hazırda rayonda meyvələrin saxlanması üçün 58 min ton tutumu olan 25 soyuducu anbar var. Sahibkarlar tərəfindən soyuducu anbarların sayının 30-a tutumunun isə 70 min tona çatdırılması nəzərdə tutulub Bundan başqa, 2026-cı ilin məhsulu üçün rayon üzrə 6 min 808,8 hektar sahədə buğda, 1950,2 hektar sahədə arpa, 132 hektar sahədə isə paxlalı və yağlı bitkilər əkilib


