İşğalçı Rusiya üç gündə 530-a yaxın PUA ilə 11 bölgəni hədəfə aldı - QHA - Krım Xəbər Agentliyi
Ukrayna prezidenti Vladimir Zelenski (Volodimir Zelenski) Rusiyanın həftənin əvvəlindən ölkənin 11 bölgəsində intensiv hücumlar təşkil etdiyini açıqlayıb. Zelenski bildirib ki, üç gündən az müddətdə Rusiya ordusu Ukraynaya qarşı təxminən 530 silahlı pilotsuz uçuş aparatı (PUA) və iki havadan buraxıl

Ukrayna prezidenti Vladimir Zelenski (Volodimir Zelenski) Rusiyanın həftənin əvvəlindən ölkənin 11 bölgəsində intensiv hücumlar təşkil etdiyini açıqlayıb. Zelenski bildirib ki, üç gündən az müddətdə Rusiya ordusu Ukraynaya qarşı təxminən 530 silahlı pilotsuz uçuş aparatı (PUA) və iki havadan buraxılan idarə olunan raketdən istifadə edib Hücumlarda Panama bayraqlı konteyner gəmisinin, həmçinin kənd təsərrüfatı müəssisələrinin, dəmir yolu və enerji infrastrukturunun və bir çox mülki yaşayış məntəqəsinin hədəf alındığını bildirən Zelenski, onlarla insanın yaralandığını qeyd edib Ukrayna prezidenti ölkənin diplomatik səylərinin hər gün hava məkanının mühafizəsinin gücləndirilməsinə yönəldilməli olduğunu vurğulayıb və son vaxtlar hava hücumundan müdafiə ilə bağlı çoxlu beynəlxalq görüşlərin və danışıqların keçirildiyini xatırladıb. Bütün razılaşmaların, xüsusilə də hava hücumundan müdafiə ilə bağlı öhdəliklərin tam yerinə yetirilməsinin vacibliyinə diqqət çəkən Zelenski, G7 və NATO sammitlərində əlavə qərarların qəbul edilə biləcəyini bildirib "Ukraynanın müdafiəyə ehtiyacı var. Bu, diplomatiyanın işləməsi üçün əsas şərtdir", - Zelenski bildirib. O, ona dəstək olan bütün beynəlxalq tərəfdaşlara aşağıdakı ifadələrdən istifadə edərək təşəkkür edib: Həftənin əvvəlindən 11 bölgəmiz hücuma məruz qalıb – üç gündən az müddətdə ruslar Ukraynaya qarşı 530-a yaxın pilotsuz uçan aparat və iki havadan buraxılan idarə olunan raketdən istifadə ediblər. Rusiya yeni qələbələri siyahısına Panama bayraqlı konteyner gəmisini əlavə etdi,… pic.twitter.com/6HPMG9rCjb


