IDF Beyrutda "Hizbullah"ın "Radvan" qüvvələrinin komandirinin öldürüldüyünü təsdiqləyib
Son həftələrdə “Hizbullah”ın İsrail hərbçiləri və mülki şəxslər üçün təhlükə yaradan 220-dən çox üzvü və komandiri zərərsizləşdirilib APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb Məlumatda bildirilib ki, təkcə son bir həftədə İsrail Hərbi Hava Qüvvələri və quruda fəal

Son həftələrdə “Hizbullah”ın İsrail hərbçiləri və mülki şəxslər üçün təhlükə yaradan 220-dən çox üzvü və komandiri zərərsizləşdirilib APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb Məlumatda bildirilib ki, təkcə son bir həftədə İsrail Hərbi Hava Qüvvələri və quruda fəaliyyət göstərən bölmələrin birgə əməliyyatları nəticəsində 85-dən çox “Hizbullah” üzvü öldürülüb IDF dünən gecə Beyrutda keçirilən hava hücumunda “Hizbullah”ın elit “Radvan” qüvvələrinin komandiri Əhməd Qalib Balutun öldürüldüyünü təsdiqləyib Açıqlamada “Radvan” qüvvələrinin komandirinin öldürülməsindən əlavə, daha bir neçə mühüm şəxsin də zərərsizləşdirildiyi vurğulanıb. Bunlar təşkilatın “Nasir" bölməsinin kəşfiyyat şöbəsinin rəhbəri Məhəmməd Əli Bazi, “Hizbullah”ın hava hücumundan müdafiə müşahidəsinin zabiti Hüsseyin Hassan Romanidir IDF bildirib ki, həmin şəxslər İsrail hərbçiləri və mülki vətəndaşlarına qarşı terror hücumlarının planlaşdırılması və həyata keçirilməsində iştirak ediblər İsrail ordusunun məlumatına görə, son bir həftə ərzində Livanın cənubunda “Hizbullah”a məxsus 180-dən çox obyektə zərbələr endirilib. Hədəflər arasında komanda mərkəzləri, silah anbarları və istifadəyə hazır raket qurğuları olub


