Xi-dən Trampa Tayvan mesajı: Əgər məsələ səhv həll olunarsa, iki ölkə toqquşa bilər
ABŞ prezidenti Donald Trampın Çinə kritik səfəri çərçivəsində keçirilən danışıqlarda Tayvan məsələsi önə çıxan mövzulardan biri olub Çin dövlət mediasının məlumatına görə, Çin prezidenti Si Cinpin Trampla görüşündə Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində ən həssas məsələ olduğunu vurğulayıb. X

ABŞ prezidenti Donald Trampın Çinə kritik səfəri çərçivəsində keçirilən danışıqlarda Tayvan məsələsi önə çıxan mövzulardan biri olub Çin dövlət mediasının məlumatına görə, Çin prezidenti Si Cinpin Trampla görüşündə Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində ən həssas məsələ olduğunu vurğulayıb. Xi Jinping, "Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən mühüm məsələdir" dedi Xi həmçinin Vaşinqton administrasiyasına diqqətəlayiq xəbərdarlıq edərək, "Səhv rəftar edilərsə, iki ölkə üz-üzə gələ bilər, hətta qarşıdurma yarana bilər. Bu, bütün Çin-ABŞ münasibətlərini son dərəcə təhlükəli vəziyyətə sala bilər" dedi Çini yaxından izləyən ekspertlər Si Cinpinin danışıqlar zamanı Tayvana silah satışını dayandırması üçün Trampa təzyiq göstərə biləcəyini qiymətləndirirlər ABŞ rəhbərliyi 2025-ci ilin dekabrında Tayvanla 11 milyard dollarlıq silah müqaviləsi imzaladığını açıqladı. Söz mövzusu razılaşma Pekin rəhbərliyinin sərt reaksiyasına səbəb oldu Digər tərəfdən, keçən cümə günü ABŞ senatorlarından ibarət iki partiyalı qrup prezident Trampa məktub göndərərək Vaşinqtondan Tayvana açıq dəstəyini davam etdirməsini xahiş edib Məktubda Çinlə aparılan iqtisadi danışıqlara diqqət çəkilərək, "ABŞ-ın Tayvana dəstəyinin müzakirə mövzusu olmadığını Pekinə açıq şəkildə ifadə edə bilərsiniz" deyilir Tramp bundan əvvəlki açıqlamasında Si Cinpinin Tayvanı Çinin bir hissəsi kimi gördüyünü bildirmiş və “Onun nə edəcəyi ona bağlıdır” demişdi Çin Tayvanı öz ərazisi kimi iddia edir və adaya nəhayət Pekinin nəzarəti altına keçməli olan separatçı əyalət kimi baxır Bu gün müstəqil dövlətin bir çox xüsusiyyətlərinə malik olan Tayvanın rəsmi statusu beynəlxalq aləmdə hələ də mübahisəlidir. Tayvanı rəsmi olaraq tanıyan ölkələrin sayı cəmi 12 ilə məhdudlaşır Pekin iddia edir ki, ölkələr eyni vaxtda həm Çin, həm də Tayvanla rəsmi diplomatik əlaqələr qura bilməz Hazırda Tayvanda Çindən müstəqilliyi müdafiə edən siyasi struktur hakimiyyətdə olsa da, əsas müxalifət partiyası Pekinlə daha sıx münasibətlərin tərəfdarıdır Tayvan və Çin arasındakı siyasi ayrılığın əsasları 1949-cu ildə Çin Vətəndaş Müharibəsindən sonra qoyuldu. Mao Zedunun başçılıq etdiyi kommunist qüvvələri müharibədə qalib gəldikdən sonra Çan Kay-şek və tərəfdarları Tayvana çəkildilər Tayvan uzun illər Çin Respublikası administrasiyasının mərkəzi olaraq qaldı, Çan Kay Şek isə orada sürgündə hökumət qurdu Tayvanda demokratikləşmə prosesi zaman keçdikcə sürət qazandığı üçün Pekin administrasiyası Tayvan üçün də “bir ölkə, iki sistem” modelini təklif etdi. Lakin ada rəhbərliyi bu modeli qəbul etməyib Siyasi böhranlara baxmayaraq, iki tərəf arasında iqtisadi əlaqələr illər ərzində inkişaf etməyə davam etdi. 1991-2021-ci illər arasında Tayvanın Çinə investisiyalarının 193,5 milyard dollara çatdığı bildirilir

.jpg&w=2048&q=70)
