İdarə rəisi: Ağcabədidə Kür çayının bəndinin yarılması yaşayış məntəqələrinə təhlükə yaratmır
Ağcabədi rayonunda Kür çayının bəndi yarması ilə əlaqədar axan sular yaşayış məntəqələri üçün heç bir təhlükə yaratmır Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında Kür-Araz Çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyev bildirib O qeyd edib ki, Ağcabədi rayon Nəcəfqulubəyli kəndin

Ağcabədi rayonunda Kür çayının bəndi yarması ilə əlaqədar axan sular yaşayış məntəqələri üçün heç bir təhlükə yaratmır Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında Kür-Araz Çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyev bildirib O qeyd edib ki, Ağcabədi rayon Nəcəfqulubəyli kəndində Qarqar çayı Kür çayına birləşir: "Suyun səviyyəsi artdığından axın Qarqar çayı istiqamətinə yönəlib. Buradan 700 metr yuxarıda Qarqar çayının mühafizə bəndinin alt hissəsində sızma nəticəsində bənd yarılıb. Hazırda axan sular əhali və yaşayış məntəqələri üçün heç bir təhlükə yaratmır. Ancaq buna baxmayaraq biz bütün tədbirləri görürük. Çalışırıq ki, axşama qədər Kürlə Qarqar çayı arasındakı axımı dayandıracaq" İdarə rəisi əlavə edib ki, sözügedən ərazidə heç bir əkin sahəsi mövcud deyil, əsasən örüş sahələridir: "Yəni əhaliyə, yaşayış məntəqələrinə təsir edən bir hal mövcud deyil. Qabaqlayıcı tədbirlər görülür, qəza materialları yığılır" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


