Tenqri
Ana Səhifə
Dünya

İdarə Heyətinin sədri: Bu il 9 min hektar əkin sahəsinə ziyan dəyməsi barədə müraciətlər daxil olub

Aqrar Sığorta Fonduna bu il yanvarın 1-dən mayın 1-dək sığortalılar tərəfindən 9 min hektar əkin sahəsinə ziyan dəyməsi barədə müraciətlər daxil olub. İlk 3 ay ərzində 9 min hektarın 1000 hektarında sığorta hadisəsi olması barədə məlumat verilib. Qalan 8 min hektarda qeydə alınan sığorta hadisələrin

0 baxışazertag.az
İdarə Heyətinin sədri: Bu il 9 min hektar əkin sahəsinə ziyan dəyməsi barədə müraciətlər daxil olub
Paylaş:

Aqrar Sığorta Fonduna bu il yanvarın 1-dən mayın 1-dək sığortalılar tərəfindən 9 min hektar əkin sahəsinə ziyan dəyməsi barədə müraciətlər daxil olub. İlk 3 ay ərzində 9 min hektarın 1000 hektarında sığorta hadisəsi olması barədə məlumat verilib. Qalan 8 min hektarda qeydə alınan sığorta hadisələrinə bilavasitə aprel ayında baş verən sel və daşqınlar səbəb olub. Bu onu göstərir ki, havaların qeyri-sabit keçməsi ilk 3 ayda kənd təsərrüfatına böyük zərər verməsə də, havanın kəskin dəyişməsi istehsalçıları ciddi risklərlə üz-üzə qoyub Bu fikirləri AZƏRTAC-a açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov səsləndirib Onun sözlərinə görə, bu il üzrə kənd təsərrüfatı sığortası üzrə müraciətlərin maliyyə həcmi 13 milyon manat dəyərində qiymətləndirilir: “Müraciətlərin çoxu aqrar istehsala tam və yaxud qismən ziyan dəyməsi barədədir. Bu hadisələrin çoxu Quba, Xaçmaz, Şabran rayonlarında sel və subasmalarla əlaqəli olub. Ümumilikdə fəaliyyət göstərdiyimiz müddətdə 23 milyon manat dəyərində zərər ödənişləri həyata keçirilib. Bu ödənişlərin 57 faizi taxıl istehsalçılarına olub. 2,6 milyon manat digər təbiət hadisələrindən zərər çəkən meyvə istehsalçılarına, fermerlərə ödənilib. Pambıq üzrə 2,3, digər bitkilər üzrə 1,4, heyvandarlıq üzrə 3,5 milyon manat zərər ödənişlərimiz olub” Fuad Sadıqov qeyd edib ki, kənd təsərrüfatı üzrə sığorta ödənişləri orta və kiçik təsərrüfatları əhatə edib: “Ümumilikdə 687 kənddə bu sahədə fəaliyyət göstərən 1404 sahibkara və fermerə zərər ödənişləri olunub. Qeyd edim ki, 2023-cü ildə 4 milyon 400 min manat zərər ödənişi edilmişdisə, 2025-ci ildə bu rəqəm daha da artıb. Bu il də zərərlərin artım dinamikasının inkişaf edəcəyini proqnozlaşdırırıq” İdarə Heyətinin sədri xatırladıb ki, kənd təsərrüfatı sığortası aqrar sahədə fəaliyyət göstərən fermerlərin və sahibkarların təbiət hadisələrindən qorunması üçün maliyyə mexanizmidir. Bu mexanizmin əsas məqsədi isə fermerlərin maliyyə itkilərini qarşılamaqla yanaşı, onların bu sahədə davamlı fəaliyyətlərini təmin etməkdir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler