Tenqri
Ana Səhifə
Dünya

İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir

Dövlət qurumları ilə ictimai təşkilatların birgə layihələri eşitmə məhdudiyyətli insanların məlumatlılığının artırılmasına və onların cəmiyyətə daha fəal inteqrasiyasına kömək edir AZƏRTAC xəbər verir ki, bu barədə “Eşitmə və Nitq Məhdudiyyətli İnsanlara Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cə

0 baxışazertag.az
İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir
Paylaş:

Dövlət qurumları ilə ictimai təşkilatların birgə layihələri eşitmə məhdudiyyətli insanların məlumatlılığının artırılmasına və onların cəmiyyətə daha fəal inteqrasiyasına kömək edir AZƏRTAC xəbər verir ki, bu barədə “Eşitmə və Nitq Məhdudiyyətli İnsanlara Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Abdulova Eşitmə Məhdudiyyətli İnsanların II Mədəniyyət Festivalı çərçivəsində bildirib Onun sözlərinə görə, təşkilatın fəaliyyətinin əhəmiyyətli bir hissəsi eşitmə məhdudiyyətli insanların maarifləndirilməsinə, onların dövlət proqramları və göstərilən xidmətlər barədə məlumatlandırılmasına yönəlib. Bu məqsədlə dövlət qurumlarının dəstəyi ilə müxtəlif layihələr həyata keçirilir O qeyd edib ki, son illərdə birlik Dövlət Yol Polisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə bir sıra təşəbbüslər həyata keçirib “Biz eşitmə məhdudiyyətli insanlara vacib məlumatları əlçatan formatda, o cümlədən işarət dili vasitəsilə çatdırmağa çalışırıq ki, onlar öz hüquqları, imkanları və dövlət xidmətləri barədə məlumatlı olsunlar”, - deyə C. Abdulova vurğulayıb Birliyin direktoru əlavə edib ki, ictimai təşkilat, həmçinin dövlət qurumları ilə eşitmə məhdudiyyətli insanlar arasında vasitəçi rolunu oynayır, mövcud problemləri müəyyən etməyə və onları müvafiq orqanların diqqətinə çatdırmağa kömək edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler