İcraçı direktor: Azərbaycanın süni intellekt iqtisadiyyatında regional mərkəzə çevrilməsi potensialı böyükdür
Azərbaycan süni intellekt iqtisadiyyatının inkişafı üçün mühüm üstünlüklərə malikdir və bu sahədə regional mərkəzə çevrilmək potensialına sahibdir AZƏRTAC xəbər verir ki, bu fikri 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən “TECH

Azərbaycan süni intellekt iqtisadiyyatının inkişafı üçün mühüm üstünlüklərə malikdir və bu sahədə regional mərkəzə çevrilmək potensialına sahibdir AZƏRTAC xəbər verir ki, bu fikri 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransında səsləndirib. F.Cəfərov bildirib ki, süni intellekt qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilir. Onun sözlərinə görə, “NVIDIA” şirkətinin qiymətləndirmələrinə əsasən, 2040-cı ilədək süni intellekt iqtisadiyyatının qlobal iqtisadiyyata töhfəsi 22 trilyon ABŞ dollarına çata bilər O qeyd edib ki, süni intellekt iqtisadiyyatının inkişafı beş əsas sütuna – enerji, infrastruktur, çiplər, modellər və tətbiqlərə əsaslanır. Bu sahədə əsas çağırışlardan biri isə enerji təminatıdır. “Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, data mərkəzlərinin enerji tələbatı 2030-cu ilədək iki dəfədən çox artacaq. Süni intellekt iqtisadiyyatının əsas məhdudlaşdırıcı amillərindən biri məhz enerji resurslarıdır”, – deyə o vurğulayıb İcraçı direktor bildirib ki, Azərbaycan son üç ildə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atıb. Hazırlanan Rəqəmsal İqtisadiyyat Strategiyası çərçivəsində 2026–2029-cu illərdə 300-dən çox yerli şirkət və kiçik, orta biznes subyektinin rəqəmsal transformasiya proqramlarına cəlb edilməsi planlaşdırılır Onun sözlərinə görə, rəqəmsal transformasiya yalnız texnologiyanın tətbiqi ilə məhdudlaşmır. Bu proses biznes modellərinin yenilənməsini, insan kapitalına investisiyaların artırılmasını və müasir infrastrukturun qurulmasını tələb edir. F.Cəfərov qeyd edib ki, Azərbaycan süni intellekt ekosistemində yalnız istifadəçi deyil, həm də infrastruktur təminatçısı kimi çıxış edə bilər “Ölkəmiz enerji resursları, coğrafi mövqeyi və rəqəmsal bağlantı imkanları hesabına iri data mərkəzlərinin yerləşdirilməsi üçün əlverişli şəraitə malikdir. Bu da Azərbaycanın süni intellekt sahəsində strateji mövqeyini gücləndirə bilər”, – deyə o bildirib İcraçı direktor əlavə edib ki, SOCAR ilə ABŞ-nin aparıcı texnologiya şirkətlərindən biri olan “Oracle” arasında Azərbaycanda data mərkəzinin yaradılması istiqamətində əməkdaşlıq bu sahədə atılan mühüm addımlardan biridir F.Cəfərov, həmçinin Trans-Xəzər fiber-optik kabel layihəsinin Azərbaycanı Avropa və Asiyanı birləşdirən rəqəmsal bağlantı mərkəzinə çevirmək potensialına malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, yüksək bağlantı imkanları qlobal texnologiya şirkətlərinin ölkəyə cəlb olunmasında əsas amillərdən biridir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


