ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan 28 May – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram Bu əlamətdar gün böyük ölkənizin tarixind

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan 28 May – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram Bu əlamətdar gün böyük ölkənizin tarixində və Azərbaycan xalqının yaddaşında özünəməxsus yer tutur ICESCO Azərbaycanı özünün ən güclü tərəfdaşları arasında görməkdən şərəf duyur. Zati-alinizin illər ərzində təşkilatımıza göstərdiyi davamlı dəstək və həyata keçirilən konstruktiv əməkdaşlıq bütün İslam dünyasında xüsusi rəğbətlə qarşılanır Bu bayram münasibətlə Zati-alinizə cansağlığı, tükənməz enerji, Azərbaycan xalqına isə firavanlıq və əldə olunan böyük nailiyyətlərlə hər zaman qürur duymağı arzulayıram Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


