İkardi Diyarbəkirdə sərnişindir? Super Liqanı sarsıdacaq transfer iddiası!
Argentina mətbuatından “TyC Sports” “Qalatasaray”la müqaviləsi mövsümün sonunda bitəcək və komandadan ayrılacağı gözlənilən Mauro İkardinin yeni ünvanı ilə bağlı yeni iddia irəli sürüb Xəbərə görə, yenicə Superliqaya yüksələn "Amedspor" 33 yaşlı argentinalı hücumçunu heyətinə qatmaq istəyir Diya

Argentina mətbuatından “TyC Sports” “Qalatasaray”la müqaviləsi mövsümün sonunda bitəcək və komandadan ayrılacağı gözlənilən Mauro İkardinin yeni ünvanı ilə bağlı yeni iddia irəli sürüb Xəbərə görə, yenicə Superliqaya yüksələn "Amedspor" 33 yaşlı argentinalı hücumçunu heyətinə qatmaq istəyir Diyarbəkir təmsilçisinin bu transferi idman məqsədindən kənarda klubun imicinə böyük töhfə verəcək bir addım kimi planlaşdırdığı və futbolçunu öz rənglərinə bağlamaqda çox istəkli olduğu bildirilir Ulduz futbolçunun ayrılma prosesinin əsasını maliyyə məsələləri təşkil edir. "Qalatasaray"dan ildə 12 milyon dollar qazanacağı bildirilən İkardi rəhbərliklə müqavilə yenilənməsi danışıqlarında razılığa gələ bilməyib Sarı-qırmızılı klubun argentinalı futbolçudan maaşının 50 faiz azaldılmasını istədiyi, lakin İkardinin bu istəyi qəbul etmədiyi və yeni macəraya yelkən açmağa hazırlaşdığı bildirilirdi Təcrübəli hücumçu ilə “Amedspor”dan başqa dünya futbolunun bir çox klubları maraqlanır. "Yuventus", "Milan", "Napoli", "Elche", "Oviedo" və "Club America"nın da futbolçunun vəziyyətini izlədiyi bildirilib Argentina mətbuatı Amedspor ilə mümkün razılaşmanın İkardinin həyatına təsirlərini də dəyərləndirib Transfer baş tutacağı təqdirdə İstanbuldan 1500 kilometr uzaqlaşacaq futbolçunun Diyarbəkirdə yaşamaq fikrinin ortağı Çin Suares üçün transfer prosesində önəmli faktor olacağı şərh edilib 2022-ci ilin yayında transfer olunduğu "Qalatasaray"da ardıcıl 3 mövsüm çempionluq qazanan İkardi komandası ilə 4-cü dəfə çempionluq sevincini yaşamağa çox yaxındır 33 yaşlı futbolçu bu mövsüm sarı-qırmızılı forma ilə 45 matçda 16 qol vurub, 2 məhsuldar ötürmə edib


