Tenqri
Ana Səhifə
Dünya

İbrahim Həsənov U-17 Avropa çempionatının finalına yüksəlib

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatının altıncı günündə sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da finalçılar müəyyənləşib "Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, İbrahim Həsənov (51 kq) ukraynalı Boqdan Kazakov (10:0), rusiyalı X

0 baxışreport.az
İbrahim Həsənov U-17 Avropa çempionatının finalına yüksəlib
Paylaş:

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatının altıncı günündə sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da finalçılar müəyyənləşib "Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, İbrahim Həsənov (51 kq) ukraynalı Boqdan Kazakov (10:0), rusiyalı Xalid Sonqurbekov (12:0) və belaruslu Yanis Şapartauya (10:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib İbrahim həlledici görüşdə türkiyəli Muhammed Gölhayla üz-üzə gələcək Tunar Həsənov (45 kq) gürcüstanlı Mkrtiç Canamyanı (3:2) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ukraynalı Marko Kvasniuka (0:2) məğlub olub. Tunar sabah bürünc medal uğrunda türkiyəli Buğra Eldemirlə güləşəcək Vahid Məmmədov (60 kq) ispaniyalı Samvel Qorqyana tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda polşalı Vitold Pavlikə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. Tunar Quliyev (71 kq) debütdə ermənistanlı Avetik Tutxalyana (2:15) uduzub Elgün Kərimli (92 kq) ermənistanlı Artur Mkrtçyana (8:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Abdurazak Şabanovla bacarmayıb – 4:15. Elgün sabah təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevlə qarşılaşacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler