IATA təyyarələrdə "Baqaj yox, həyat xilas et" kampaniyasına başlayır
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) sərnişinlərin hava nəqliyyatının təcili təxliyəsi zamanı davranış qaydaları haqqında məlumatlılığının artırılmasına yönəlmiş "Save a Life, Not a Bag" ("Baqaj yox, həyat xilas et") qlobal məlumatlandırma kampaniyasına başlayır "Report"un Rio-de-Janeyro

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) sərnişinlərin hava nəqliyyatının təcili təxliyəsi zamanı davranış qaydaları haqqında məlumatlılığının artırılmasına yönəlmiş "Save a Life, Not a Bag" ("Baqaj yox, həyat xilas et") qlobal məlumatlandırma kampaniyasına başlayır "Report"un Rio-de-Janeyroya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə IATA-nın baş direktoru Uilli Uolş assosiasiyanın 82-ci İllik Toplantısında (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammitində (WATS) bildirib Təşəbbüsü Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) və ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) daxil olmaqla, dünyanın aparıcı aviasiya tənzimləyiciləri dəstəkləyib. Kampaniya sərnişinləri heyətin göstərişlərinə ciddi şəkildə əməl etməyə, əl yükünü özləri ilə götürməməyə və ən yaxın qəza çıxışı vasitəsilə təyyarəni mümkün qədər tez tərk etməyə çağırır U. Uolşun sözlərinə görə, təxliyə zamanı baqajı götürmək cəhdləri təhlükə yaradır "Fövqəladə vəziyyətdə hər saniyənin önəmi var. Hətta bir çanta belə təxliyəni ləngidə və digər sərnişinlərin həyatını təhlükəyə ata bilər", - o deyib Kampaniyanın başlanmasına səbəb qəza təxliyəsi zamanı sərnişinlərin əl yüklərini baqaj rəflərindən götürməyə çalışması və ya baş verənləri mobil telefonla çəkməsi hallarının sayının artması olub. Bu cür hərəkətlər sosial şəbəkələrdə yayılan videolarda mütəmadi olaraq qeydə alınır Kampaniya çərçivəsində IATA sərnişinlərə heyətin təlimatlarını diqqətlə dinləməyi, təxliyə zamanı baqajı götürməməyi, foto və video çəkilişlərdən imtina etməyi, keçidlərdə ləngiməməyi və təyyarəni mümkün qədər tez tərk etməyi tövsiyə edir. Bu tövsiyələrin yayılması üçün aviaşirkətlərin, hava limanlarının və bu sahənin digər nümayəndələrinin istifadə edə biləcəyi xüsusi videoçarxlar və rəqəmsal materiallar hazırlanıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


