Tenqri
Ana Səhifə
Dünya

IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir

ABŞ dolları artıq illərdir düşünüldüyü kimi "təhlükəsiz sığınacaq" deyil "Report"un Rio-de-Janeyrodan olan müxbirinin verdiyi məlumata görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Davamlı İnkişaf üzrə böyük vitse-prezidenti və baş iqtisadçısı Mari Ouens Tomsen bildirib "Nikbi

0 baxışreport.az
IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir
Paylaş:

ABŞ dolları artıq illərdir düşünüldüyü kimi "təhlükəsiz sığınacaq" deyil "Report"un Rio-de-Janeyrodan olan müxbirinin verdiyi məlumata görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Davamlı İnkişaf üzrə böyük vitse-prezidenti və baş iqtisadçısı Mari Ouens Tomsen bildirib "Nikbinlik üçün müəyyən səbəblərimiz var. Bu, ABŞ dollarının artıq əvvəlki kimi qeyd-şərtsiz "təhlükəsiz sığınacaq" rolunu oynamamasından irəli gəlir. Tarixən, dünyanın hansı şoklarla üzləşməsinə baxmayaraq - hətta ABŞ-ın özündə yaranan şoklar belə - dollar demək olar ki, həmişə üstünlük təşkil edib. Qeyri-müəyyənlik dövrlərində investorlar vəsaitlərini digər valyutalarda deyil, dollarda saxlamağa üstünlük veriblər", - deyə M. Tomsen bildirib Onun sözlərinə görə, bu nümunə artıq eyni dərəcədə özünü göstərmir: "Bu, valyutaları dollara qarşı möhkəmlənən ölkələr üçün yaxşı xəbərdir. Əksər aviaşirkətlər yanacaq üçün dollarla ödəniş edir, ona görə də daha güclü milli valyuta yerli olaraq bu xərclərin dəyərini azaldır Əlbəttə ki, bu vəziyyət bütün ölkələr üçün xarakterik deyil. Əksinə, bir çox ölkələrin valyutaları dollara qarşı zəifləyib. Bu halda iqtisadiyyat ikiqat zərbə ilə üzləşir: qlobal neft qiymətləri yüksəlir, dollarla ifadə olunan idxal da bahalaşır. Lakin ümumilikdə, zəif dollar qlobal iqtisadiyyat və dolayısı ilə aviasiya sənayesi üçün müsbət amildir", - deyə IATA-nın baş vitse-prezidenti əlavə edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler