Tenqri
Ana Səhifə
Dünya

IATA-nın baş iqtisadçısı: Aviasiya Dünya Kubokunda hot-doqun qiymətindən az qazanc əldə edir

Qlobal aviasiya sənayesinin sərnişin başına proqnozlaşdırılan mənfəəti, əksər Dünya Kuboku stadionlarında hot-doqun qiymətini belə ödəməyəcək "Report"un Rio-de-Janeyrodan olan müxbirinin verdiyi məlumata görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Davamlı İnkişaf üzrə böyük v

0 baxışreport.az
IATA-nın baş iqtisadçısı: Aviasiya Dünya Kubokunda hot-doqun qiymətindən az qazanc əldə edir
Paylaş:

Qlobal aviasiya sənayesinin sərnişin başına proqnozlaşdırılan mənfəəti, əksər Dünya Kuboku stadionlarında hot-doqun qiymətini belə ödəməyəcək "Report"un Rio-de-Janeyrodan olan müxbirinin verdiyi məlumata görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Davamlı İnkişaf üzrə böyük vitse-prezidenti və baş iqtisadçısı Mari Ouens Tomsen bildirib Onun sözlərinə görə, maliyyə və neft-qaz sektorları ənənəvi olaraq aviasiya sənayesindən xeyli yüksək gəlirlilik nümayiş etdirir: "Aviasiya sənayesinin xalis mənfəəti heç vaxt 5%-i keçməyib. Bu kontekstdə, 2%-lik xalis mənfəət bütün qlobal aviasiya üçün təxminən 23 milyard dollar mənfəətə bərabərdir. Bəzi illərdə bu, yalnız bir böyük neft şirkətinin rüblük mənfəəti ilə müqayisə edilə bilər" O xatırlatdı ki, IATA əvvəllər 2026-cı ildə yanacaq xərclərinin aviaşirkətlərin ümumi xərclərinin təxminən 27%-ni təşkil edəcəyini gözləyirdi. Lakin indi proqnoz yüksəlişə doğru yenidən nəzərdən keçirilib: "Hazırda yanacaq xərclərinin ümumi sənaye xərclərinin 31%-nə çatacağını gözləyirik. Proqnozlaşdırılan 23 milyard dollarlıq qlobal aviasiya mənfəətini sərnişinlərin ümumi sayına bölməklə hər sərnişin üçün cəmi 4,50 dollar gəlir əldə edilir. Biz tez-tez bu məbləği onunla ala biləcəyimiz məbləğlə müqayisə edirik. Məsələn, bu məbləğ əksər Dünya Kuboku stadionlarında hot-doq üçün belə kifayət etməzdi" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler

IATA-nın baş iqtisadçısı: Aviasiya Dünya Kubokunda hot-doqun qiymətindən az qazanc əldə edir | Tenqri