Tenqri
Ana Səhifə
Dünya

IATA: Azərbaycanın aviasiya bazarı inkişaf baxımından Mərkəzi Asiya ölkələrini qabaqlayır

Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha yetkindir. Bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman Rio-de-Janeyroda keçirilən 82-ci İllik Ümumi Yığıncaq (AGM) və IATA Ümumdünya Hava Nəqliyyatı Sammitində (

0 baxışhaqqin.az
IATA: Azərbaycanın aviasiya bazarı inkişaf baxımından Mərkəzi Asiya ölkələrini qabaqlayır
Paylaş:

Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha yetkindir. Bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman Rio-de-Janeyroda keçirilən 82-ci İllik Ümumi Yığıncaq (AGM) və IATA Ümumdünya Hava Nəqliyyatı Sammitində (WATS) mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri bu gün aviasiya sektorunda sürətli artım nümayiş etdirir "Region çox maraqlı bir hadisədir. Azərbaycan kifayət qədər uzun müddətdir ki, inkişaf edir və Mərkəzi Asiya dövlətləri ilə müqayisədə daha yetkin bazardır, çünki bu yola əvvəllər başlamışdır. Əgər Mərkəzi Asiyadan danışırıqsa, Qazaxıstan uzun müddətdir ki, regionun lideri olub, digər ölkələrlə müqayisədə daha sürətlə inkişaf edib və böyük işlər görüb. Onun üçün əsas problemlərdən biri uçuşların təhlükəsizliyi idi, lakin zaman keçdikcə ölkə bu inkişafda mühüm rol oynaya bildi". aviasiya sənayesi və yerli aviaşirkətlərin böyüməsinə töhfə verdi”, R.Şvartsman qeyd etdi O, həmçinin xatırladıb ki, Özbəkistanın aviasiya bazarı təxminən on il əvvəl fəal şəkildə açılmağa başlayıb "Qazaxıstan, Özbəkistan və Azərbaycana nəzər salsanız, onları bir maraqlı amil birləşdirir: geosiyasi böhran müəyyən dərəcədə daşımaların artmasına və regionun potensialının açılmasına kömək edib. Azərbaycan ilkin mərhələdə beynəlxalq logistika və humanitar əməliyyatlarda fəal iştirak edib və bu, iri yük terminallarını və yük aviasiyasını inkişaf etdirməyə imkan verib Bu gün Qazaxıstan və Özbəkistan bir qədər fərqli, lakin bir çox cəhətdən oxşar vəziyyətdədirlər. Müəyyən hava məkanlarından istifadəyə qoyulan məhdudiyyətlər həm yük, həm də sərnişin hava daşımalarının inkişafı üçün yeni imkanlar yaradır. İndi bu ölkələrdə bu cür imkanları axtarmaq və həyata keçirmək üçün doğru zamandır”, - deyə IATA vitse-prezidenti bildirib

Kaynak: haqqin.az

Diğer Haberler