Tenqri
Ana Səhifə
Dünya

İş yerində psixi sağlamlıq: Transformasiya olunan əmək kontekstində sistemli yanaşma

Əməyin təbiətində paradiqma dəyişikliyi Əməyin mahiyyəti və təşkilati sistemlər son onilliklərdə fundamental dəyişikliklərə məruz qalıb. Sənaye dövründə tətbiq olunan idarəetmə üsulları, xüsusilə “elmi idarəetmə” (teylorizm) işi standartlaşdırma və nəzarət vasitəsilə optimallaşdırmağa yönəlmişdi. B

0 baxışapa.az
İş yerində psixi sağlamlıq: Transformasiya olunan əmək kontekstində sistemli yanaşma
Paylaş:

Əməyin təbiətində paradiqma dəyişikliyi Əməyin mahiyyəti və təşkilati sistemlər son onilliklərdə fundamental dəyişikliklərə məruz qalıb. Sənaye dövründə tətbiq olunan idarəetmə üsulları, xüsusilə “elmi idarəetmə” (teylorizm) işi standartlaşdırma və nəzarət vasitəsilə optimallaşdırmağa yönəlmişdi. Bu yanaşma istehsalda yüksək səmərəliliyin əldə olunmasına imkan yaradırdı, lakin işin insan yönlü aspektlərini böyük ölçüdə nəzərə almırdı Həmin dövrdə işçinin fəaliyyəti, əsasən, fiziki əmək və təkrarlanan tapşırıqların icrası ilə xarakterizə olunurdu. Performans qaydalara nə dərəcədə əməl edilməsi ilə qiymətləndirilirdi. İşçinin rolu daha çox verilən tapşırıqları icra etmək idi. İdarəetmə isə nəzarət, standart qaydalar, xarici stimullar, yəni mükafat və cəza mexanizmləri üzərində qurulurdu. Bu yanaşmaya əsasən, əməyin mühafizəsi və sağlamlıq (OSH) strategiyaları, demək olar ki, yalnız fiziki təhlükələrin qarşısını almağa yönəlirdi Müasir iş mühiti və psixososial tələblərin önə çıxması Müasir dövrdə iş mühiti və əməyin mahiyyəti daha kompleks və çoxölçülü xarakter alıb. Bilik əsaslı iqtisadiyyatın inkişafı, texnologiyanın sürətlə transformasiyası və iş münasibətlərinin dəyişməsi nəticəsində əmək artıq təkcə fiziki deyil, həm də koqnitiv, emosional və sosial komponentlərə əsaslanan fəaliyyətə çevrilib Bu kontekstdə psixososial faktorlar, yəni fərdi və təşkilati mühit amillərinin qarşılıqlı təsiri həlledici rol oynayır. Psixososial amillər işçinin diqqəti, qərarvermə sürəti, dəyişikliklərə uyğunlaşma qabiliyyəti və komanda ilə əməkdaşlıq kimi funksional göstəricilərə təsir göstərir. Həmin göstəricilər isə həm intellektual, həm də fiziki iş fəaliyyətində təhlükəsizliyin, dəqiqliyin və ümumi səmərəliliyin təmin olunmasında mühüm rol oynayır Bu reallıq fonunda işin strukturu və funksional təşkil prinsipləri yenidən formalaşıb. Daha çevik, komanda əsaslı və qarşılıqlı fəaliyyətə söykənən iş modelləri fərdi icradan çox sosial dinamika, münasibətlər əsasında formalaşan performansı ön plana çıxarır. Bu şəraitdə iş mühiti yalnız struktur və proseslərdən ibarət deyil, eyni zamanda psixoloji və sosial sistem kimi fəaliyyət göstərir. Bu sistem daxilində yaranan risklər və qoruyucu amillər isə işçinin rifahı və performansı üçün həlledici rol oynayır. Tədqiqatlar göstərir ki, psixoloji təhlükəsiz mühitdə çalışan komandalar daha yüksək öyrənmə qabiliyyəti, innovasiya və performans nümayiş etdirir (Edmondson & Lei, 2014; Frazier et al., 2017; Newman et al., 2017; McKinsey & Company, 2023) Performansın idarə olunması və motivasiyada transformasiya Eyni zamanda performansın idarə olunması və motivasiyaya yanaşmalar da dəyişib. Ənənəvi modellərdə performansın əsas hərəkətverici qüvvəsi xarici stimullar hesab olunurdu. Müasir yanaşmada isə performansın davamlılığı daha çox psixoloji və sosial amillərlə, xüsusilə müstəqillik, işin mənalı olması, etibar və yaxşı münasibətlərlə əlaqələndirilir Bu kontekstdə insan artıq sadəcə “əmək vahidi” deyil, təşkilati nəticələri əlaqəli olan, vacib və kompleks resurs kimi qiymətləndirilir. İşçinin davranışı, emosiyaları və psixoloji vəziyyəti iş nəticələrinə birbaşa təsir göstərir Bu struktur və funksional dəyişikliklər əməyin mühafizəsinə, işçinin sağlamlığına yanaşmanın genişlənməsinə səbəb olub. Müasir beynəlxalq yanaşmalarda psixi sağlamlıq və psixososial risklərin idarə edilməsi təşkilati idarəetmənin əsas hissəsi kimi qəbul olunur Qlobal trendlər və iqtisadi təsirlər 2022-ci ildə Dünya Səhiyyə Təşkilatının qiymətləndirmələrinə görə, qlobal səviyyədə təxminən hər 8 nəfərdən biri (12.5%) psixi sağlamlıq problemi ilə yaşayır. Lakin stiqma və diaqnostik imkanların məhdudluğu səbəbindən bir çox halların aşkar olunmadığı ehtimal edilir. Əməkqabiliyyətli yaş qrupunda bu problem xüsusi əhəmiyyət kəsb edir. Yəni işləyən əhali arasında 15 % insanın psixi sağlamlıqla bağlı çətinlik yaşadığı bildirilir (WHO & ILO, 2022). COVID-19 isə bu vəziyyəti daha da ağırlaşdırıb. Pandemiyanın birinci ilində depressiya və təşviş pozuntularında qlobal səviyyədə təxminən 25 % artım qeydə alınıb. Bu, psixi sağlamlığın makrososial və iqtisadi dəyişikliklərə qarşı həssas olduğunu göstərir Son illərdə aparılan qlobal qiymətləndirmələr psixi sağlamlığın yalnız fərdi rifah göstəricisi deyil, həm də əmək məhsuldarlığı, təşkilati davamlılıq və iqtisadi nəticələrlə birbaşa əlaqəli olduğunu göstərir (WHO & ILO, 2022; ILO, 2024) Psixi sağlamlıq problemləri hər il qlobal miqyasda təxminən 12 milyard iş gününün itirilməsinə və illik 1 trilyon ABŞ dolları həcmində iqtisadi zərərə səbəb olur (WHO, 2022). Bu təsirin əhəmiyyətli hissəsi birbaşa deyil, dolayı mexanizmlər vasitəsilə özünü göstərir. Tədqiqatlara əsasən, itkilərin əsas səbəbi işə gəlməməkdən (“absenteeism”) daha çox “prezenteizm”, yəni iş yerində funksional və koqnitiv performansın azalması ilə əlaqəlidir (Johns, 2010; Deloitte, 2022). 2023-cü ildə BƏT-in yayımladığı məlumata görə, qlobal əmək qüvvəsinin 60 %-dən çoxu qeyri-formal iqtisadiyyatda çalışır. Bu isə psixi sağlamlıq risklərinin tənzimləndiyi sistemlərin hələ də məhdud olduğunu göstərir Yekun olaraq psixi sağlamlıq müasir iş mühitində davamlı performans və funksionallığın formalaşmasında əsas determinantlardan biri kimi çıxış edir. Psixi sağlamlığın effektiv şəkildə idarə olunması yalnız rifah məsələsi deyil, eyni zamanda təşkilati effektivliyin artırılması, risklərin azaldılması və uzunmüddətli dayanıqlılığın təmin olunması üçün strateji prioritet kimi nəzərdən keçirilməlidir Bu kontekstdə iş mühitinin psixososial ölçülərinin daha dərin və sistemli şəkildə anlaşılması əhəmiyyət kəsb edir. Xüsusilə psixososial mühitin strukturu, onu formalaşdıran təşkilati amillər və bu mühit daxilində yaranan risk faktorlarının (məsələn, iş yükü, rol qeyri-müəyyənliyi, sosial dəstəyin zəifliyi və idarəetmə yanaşmaları) qarşılıqlı əlaqəsinin təhlili gələcək tədqiqatlar və tətbiqi yanaşmalar üçün əsas istiqamət kimi çıxış edir Belə bir yanaşma psixososial risklərin yalnız fərdi səviyyədə deyil, daha geniş təşkilati kontekstdə necə formalaşdığını anlamağa imkan verir. Nəticədə təşkilatlar bu riskləri daha məqsədyönlü və sistemli şəkildə idarə edə bilən çoxsəviyyəli yanaşmalar formalaşdıra bilir Bakı Psixologiya Mərkəzinin uzman psixoloq və psixoterapevti psixi sağlamlıq siyasəti və xidmətləri üzrə ixtisaslaşmış mütəxəssis

Kaynak: apa.az

Diğer Haberler