“Neftçi” isə Avropaya vəsiqə qazanıb. Rəqiblər arasında “Avropa” da var
Futbol üzrə Azərbaycan Premyer Liqasının başa çatmasına bir tur qalmış “Neftçi” 4-cü yeri və Konfrans Liqasında iştirakını təmin edib Bakılılar bu gün 32-ci tur matçında çempion və kubokun sahibi "Sabah"la qarşılaşıb. Valdas Dambrauskasın həvəssiz komandası “Neftçi”yə 1:2 hesabı ilə uduzub Parale

Futbol üzrə Azərbaycan Premyer Liqasının başa çatmasına bir tur qalmış “Neftçi” 4-cü yeri və Konfrans Liqasında iştirakını təmin edib Bakılılar bu gün 32-ci tur matçında çempion və kubokun sahibi "Sabah"la qarşılaşıb. Valdas Dambrauskasın həvəssiz komandası “Neftçi”yə 1:2 hesabı ilə uduzub Paralel keçirilən görüşdə neftçilərin rəqibi “Zirə” “Sumqayıt”a qalib gəlib – 2:1 Beləliklə, “Neftçi”nin 56, “Zirə”nin 53 xalı var. Son turda “Neftçi” uduzsa da, “Zirə” qalib gəlsə belə, xallar bərabər olarsa, Yuri Vernidubun komandası daha çox qələbə qazandığına görə üstünlüyə malik olacaq Konfrans Liqasında “Neftçi” 1-ci təsnifat mərhələsindən başlayır. 6500 reytinqə malik Bakı klubu start mərhələsinin püşkatma mərasimində “seçilmişlər” arasında yer alacaq Püşkatma mərasimi iyunun 16-da keçiriləcək. 26 potensial rəqibdən 11-i artıq məlumdur: Stjarnan (İslandiya), Avropa (Cəbəllütariq), İnter (Finlandiya), Elimay (Qazaxıstan), Hegelmann (Litva), Penybont (Uels), NSI Runavik (Farer), Qlentoranxalmman (Norland), Kalju (Estoniya), Caernarvon Town (Uels) Konfrans Liqasında 1-ci turun oyunları iyulun 9 və 16-da baş tutacaq Xatırladaq ki, bu turnirdə Azərbaycanı da “Turan-Tovuz” təmsil edəcək. Bürünc medalçılar 2-ci təsnifat mərhələsindən başlayır


