Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
Yəmən husiləri İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə tam qadağa qoyduqlarını açıqlayıblar AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, qruplaşma Qırmızı dənizdə İsrailə aid bütün hərbi və kommersiya hərəkətlərinin onların silahlı qüvvələri üçün legitim hədəf hesab olunacağını vurğulayıb

Yəmən husiləri İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə tam qadağa qoyduqlarını açıqlayıblar AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, qruplaşma Qırmızı dənizdə İsrailə aid bütün hərbi və kommersiya hərəkətlərinin onların silahlı qüvvələri üçün legitim hədəf hesab olunacağını vurğulayıblar Qruplaşmanın bəyanatında, həmçinin İsrail ərazisinə raket zərbələrinin endirildiyi qeyd olunub. Husilər hücumların Yafa bölgəsində yerləşən mühüm obyektləri hədəf aldığını iddia ediblər Hadisə ilə bağlı İsrail rəsmilərinin mövqeyi hələlik açıqlanmayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


