Hull City matçında Fatih Terimin sürprizi
İngiltərə çempionatının pley-off yarımfinalının ilk matçında Hull City və Millwall qolsuz bərabərə qalarkən, tribunalardakı sürpriz ad diqqət çəkib Acun Ilıcalının sahibi olduğu "Hall Siti" "The MKM" stadionunda "Millwall"ı qəbul edib. Premyer Liqaya gedən kritik qarşılaşma qolsuz bərabərliklə yek

İngiltərə çempionatının pley-off yarımfinalının ilk matçında Hull City və Millwall qolsuz bərabərə qalarkən, tribunalardakı sürpriz ad diqqət çəkib Acun Ilıcalının sahibi olduğu "Hall Siti" "The MKM" stadionunda "Millwall"ı qəbul edib. Premyer Liqaya gedən kritik qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. İki komanda arasında cavab qarşılaşması mayın 11-də, bazar ertəsi Millwall-un doğma meydanında oynanılacaq Turu keçən komanda Premyer Liqaya yüksəlmək üçün "Sauthempton" - "Midlsbro" matçının qalibi ilə qarşılaşacaq Matçı izləyən adlar arasında Fatih Terimin də olması diqqət çəkib. Təcrübəli çalışdırıcının “Hall Siti”nin sahibi Acun Ilıcalı ilə matçı izlədiyi və ikisinin də tribunada yan-yana əyləşdiyi görülüb. Fatih Terimin İngiltərədə görünməsi qısa zamanda sosial mediada trend mövzusuna çevrilərkən, futbolsevərlər görüntülərlə bağlı çoxlu paylaşımlar paylaşıblar


