“Huawei” rəsmisi: Kibertəhlükəsizlik rəqəmsal inkişafın təməlidir
Kibertəhlükəsizlik yalnız ayrı-ayrı qurumların deyil, bütün ekosistemin birgə məsuliyyətidir. Rəqəmsal transformasiya sürətləndikcə etibarlı və dayanıqlı kibermühitin formalaşdırılması daha böyük əhəmiyyət kəsb edir. Sevindiricidir ki, Azərbaycanda dövlət və özəl tərəflər kibertəhlükəsizlik mövzusun

Kibertəhlükəsizlik yalnız ayrı-ayrı qurumların deyil, bütün ekosistemin birgə məsuliyyətidir. Rəqəmsal transformasiya sürətləndikcə etibarlı və dayanıqlı kibermühitin formalaşdırılması daha böyük əhəmiyyət kəsb edir. Sevindiricidir ki, Azərbaycanda dövlət və özəl tərəflər kibertəhlükəsizlik mövzusunda birləşir. Kibertəhlükəsizlik rəqəmsal inkişafın əsasını təşkil edir və güclü rəqəmsal infrastruktur yalnız etibarlı təhlükəsizlik təməlləri üzərində qurula bilər AZƏRTAC xəbər verir ki, bu fikirləri “Huawei Technologies”in Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə baş kibertəhlükəsizlik və məxfilik direktoru Corey Deng IV Milli Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı səsləndirib Corey Deng qeyd edib ki, “Huawei” hazırda 170-dən çox ölkədə fəaliyyət göstərir və minlərlə operatora, eləcə də kritik əhəmiyyətli müəssisələrə xidmət göstərir “Şirkət son 10 ildə kibertəhlükəsizlik və məxfiliyin qorunmasına 10 milyard dollardan çox investisiya yatırıb. Hər il tədqiqat və inkişaf xərclərinin təxminən 5 faizi məhz bu sahəyə yönəldilir. Biz təkcə avadanlıq və proqram təminatı təqdim etmirik. Eyni zamanda, qlobal miqyasda geniş bulud infrastrukturu idarə edirik və hər gün müxtəlif kibertəhdidlər və hücumlarla qarşılaşırıq. Bu təcrübə bizə daha etibarlı həllər hazırlamağa imkan verir”, – deyə o vurğulayıb Corey Deng bildirib ki, şirkətin kibertəhlükəsizlik strategiyası üç əsas mərhələdən keçib: “İlk mərhələdə diqqət əsasən beynəlxalq standartlara uyğunluğun təmin edilməsinə və şəffaflığın artırılmasına yönəlib. Bu məqsədlə Böyük Britaniya və Kanada kimi ölkələrdə xüsusi şəffaflıq mərkəzləri yaradılıb, burada şirkətin texnologiyaları dövlət qurumları və tənzimləyicilər tərəfindən ciddi yoxlamalardan keçirilib. 2018-ci ildən başlayan ikinci mərhələ şirkət üçün kibertəhlükəsizlik baxımından ən mürəkkəb dövrlərdən biri olub və bu proses təhlükəsizlik sahəsində yanaşmaların daha da təkmilləşdirilməsinə təkan verib” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


