Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm
Bu kitab iki çox mühüm tarixi fakta əsaslanır. Onlardan biri ondan ibarətdir ki, elmdə qədim macarlar qədim türklərlə vahid xalq hesab olunur. Lakin sonradan zaman keçdikcə bu dillər arasında müəyyən fərqlər yaranıb. Mən bizi yaxınlaşdıran həmin iki dilin qədimliyini bərpa etməyə çalışmışam Bu fiki

Bu kitab iki çox mühüm tarixi fakta əsaslanır. Onlardan biri ondan ibarətdir ki, elmdə qədim macarlar qədim türklərlə vahid xalq hesab olunur. Lakin sonradan zaman keçdikcə bu dillər arasında müəyyən fərqlər yaranıb. Mən bizi yaxınlaşdıran həmin iki dilin qədimliyini bərpa etməyə çalışmışam Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, görkəmli ictimai və siyasi xadim Həsən Həsənov deyib “İlk vaxtlar heç də bütün alimlər məni dəstəkləmirdi. Lakin mən dilçiliyin qanunlarından istifadə edərək indiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bildim. Bəziləri hesab edirdi ki, bunlar yalnız Osmanlı imperiyası dövründə macar dilinə daxil olmuş sözlərdir. Amma sübut olundu ki, həmin sözlər macar dilində ondan çox əvvəl meydana gəlib”, – deyə bu gün Türk Mədəniyyəti və İrsi Fondunda təqdimatı keçirilən "Macar-Azərbaycan ortaq etnik kökləri" kitabının müəllifi diqqətə çatdırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


