Tenqri
Ana Səhifə
Dünya

“Hörmüzü sizin üçün cəhənnəmə çevirəcəyik” - SEPAH-dan ABŞ-a xəbərdarlıq

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Hava və Kosmik Qüvvələrinin komandanı Seyed Majid Musavi xəbərdarlıq edib ki, Hörmuz boğazında təhlükə yaratmaq cavabsız qalmayacaq Modern.az xəbər verir ki, “Tasnim” Agentliyi Musəvinin xəbərdarlığını dərc edib. “Əgər siz müqəddəs Hörmüz b

0 baxışmodern.az
“Hörmüzü sizin üçün cəhənnəmə çevirəcəyik” - SEPAH-dan ABŞ-a xəbərdarlıq
Paylaş:

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Hava və Kosmik Qüvvələrinin komandanı Seyed Majid Musavi xəbərdarlıq edib ki, Hörmuz boğazında təhlükə yaratmaq cavabsız qalmayacaq Modern.az xəbər verir ki, “Tasnim” Agentliyi Musəvinin xəbərdarlığını dərc edib. “Əgər siz müqəddəs Hörmüz boğazını təhlükəsiz olmayan yerə çevirirsinizsə, biz də bu bölgəni sizin üçün cəhənnəmə çevirəcəyik”, – deyə Musəvi bəyan edib. Komandan əlavə edib ki, İranın hərəkətləri “ABŞ-ın bölgədəki təkəbbürünə” cavab olacaq Agentlik həmçinin adının açıqlanmasını istəməyən bir mənbəyə istinad edib. Həmin mənbə ABŞ prezidenti Donald Tampın İranı “bombalamaq” hədələrinə cavab olaraq bildirib: “Hər bir Amerika təcavüzünə qəti hərbi cavab veriləcək və biz siyasi şantajla barışmayacağıq” Bundan əvvəl Tramp bəyan etmişdi ki, əgər İran Vaşinqtonla razılaşma əldə etməsə, onu ABŞ tərəfindən daha güclü zərbələr gözləyir Cümə axşamına keçən gecə ABŞ hərbçiləri İslam Respublikasına qarşı növbəti hücuma başlayıblar. ABŞ-ın CENTCOM komandanlığının məlumatına görə, zərbələr “özünümüdafiə məqsədilə” endirilib və “İranın əsassız və davam edən aqressiyasına cavab” xarakteri daşıyıb İran KİV-lərinin məlumatına görə, ölkənin altı bölgəsində güclü partlayışlar baş verib İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı və bütün gəmilər üçün Hörmüz boğazının bağlandığını bəyan edib

Kaynak: modern.az

Diğer Haberler