Tenqri
Ana Səhifə
Dünya

Hərbi-siyasi ekspert: Aprel döyüşləri ermənilərin ilk məğlubiyyəti deyildi – ŞƏRH

Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin ümumilikdə iki istiqamətdə olmaqla, strateji yüksəklikləri nəzarət altına alması ilə tamamlandı. Ermənistan ordusu 20 ildən artıq bir müddətdə qurduğu müdafiə səddi, erməni diasporunun maliyyəsi ilə aldığı, eləcə də müttəfiqlərinin bağışladığı silah-su

0 baxışazertag.az
Hərbi-siyasi ekspert: Aprel döyüşləri ermənilərin ilk məğlubiyyəti deyildi – ŞƏRH
Paylaş:

Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin ümumilikdə iki istiqamətdə olmaqla, strateji yüksəklikləri nəzarət altına alması ilə tamamlandı. Ermənistan ordusu 20 ildən artıq bir müddətdə qurduğu müdafiə səddi, erməni diasporunun maliyyəsi ilə aldığı, eləcə də müttəfiqlərinin bağışladığı silah-sursatla, mühəndis istehkamları ilə öyünürdü. Dəfələrlə Azərbaycanın müharibədə heç bir şansı olmadığı söylənilirdi. Ermənistanda hakimiyyətdə olanların əli o torpaqların işğalı, dinc sakinlərə divan tutulması, onların yurd-yuvalarından didərgin salınması ilə ləkələnmişdi. O zaman müharibənin hansı fazada gedəcəyi bilinmirdi. Xüsusi təyinatlılarımızın, raket-artilleriya qoşunlarının, eləcə də tank-piyada birliklərinin ümumi qarşılıqlı əlaqəsi fonunda vahid idarəetmə mərkəzindən Ali Baş Komandanın qətiyyəti ilə döyüşlər aparıldı Bunu AZƏRTAC-a açıqlamasında Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn deyib Hərbi-siyasi ekspert diqqətə çatdırıb ki, ortaya qoyulan tapşırıqlar uğurla tamamlansa da, sonradan ermənilər atəşkəs dövründən istifadə edərək əldə edilmiş yüksəkliklərə bir neçə əks-həmlə və tank bölmələri ilə hücumlar etdilər. Azərbaycan Ordusunun işğaldan azad etdiyi yüksəkliklər əldə saxlanıldı. Bununla da Ermənistan ordusunun məğlubiyyətsizlik xətti məhv oldu. Nəticə etibarilə Ermənistanın ən böyük və döyüşə hazırlıqlı, o zaman mərkəzi Xankəndində olan birinci ümumqoşun ordusunun rəhbəri Seyran Ohanyan və digər vəzifəli şəxslər öz vəzifələrindən azad edildi, Ermənistanda iqtidar və müxalifət savaşı geniş vüsət aldı. Bu qələbə Azərbaycanda xalq-ordu birliyini möhkəmləndirdi, Cocuq Mərcanlı o torpaqlara qayıdışın ilkin mərhələsi oldu “Dörd gün ərzində həyata keçirilən Aprel döyüşləri ilə ordumuzun arsenalına hansı texniki vasitələrin, hansı döyüş sursatlarının gətirilməsi təyin edildi, qarşıda bizi gözləyəcək hərbi müdaxilələr nəzərə alındı, siyasi platformada dünya ictimaiyyətinin buna rəyi öyrənildi. Aprel döyüşləri ermənilərin ilk məğlubiyyəti deyildi. 1994-cü ildə Ulu Öndərin hakimiyyəti dövründə Horadiz əməliyyatı həyata keçirilmiş, Horadiz qəsəbəsi və ümumilikdə 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu. Bu, uğurlu hərbi əməliyyatın davamı, daha müasir üsullarla aparılan Vətən müharibəsinə açılan cığır idi. Biz bu döyüşlərdə fədakarlıq göstərmiş qəhrəmanları unutmayacaq, onların şücaətini gələcək nəsillərə ötürəcək, orduya olan inamı geri qaytardıqlarına görə xatirələrini minnətdarlıqla anacağıq”, - deyə E.Hüseyn bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler