Hərbi ekspert: Azərbaycan İtaliya texnologiyalarını mənimsəməklə bir sıra yeniliklərə imza atmağa çalışır
Azərbaycanla İtaliya arasında hərbi sahədə, xüsusilə hərbi-texniki sahədə əməkdaşlıq bir neçə istiqamətə bölünür. Əvvəlcə onu qeyd etmək lazımdır ki, İtaliyanın hərbi-texniki potensialı böyükdür və bəzi hərbi məhsulların yaradılmasında qərb texnologiyalarının əsas ölkələrindən biridir. Yəni bir sıra

Azərbaycanla İtaliya arasında hərbi sahədə, xüsusilə hərbi-texniki sahədə əməkdaşlıq bir neçə istiqamətə bölünür. Əvvəlcə onu qeyd etmək lazımdır ki, İtaliyanın hərbi-texniki potensialı böyükdür və bəzi hərbi məhsulların yaradılmasında qərb texnologiyalarının əsas ölkələrindən biridir. Yəni bir sıra məhsullar var ki, ilk olaraq onu İtaliya mühəndisləri yaradıb və bu gün də onun ən yaxşı istehsalçılarından biridirlər. Açıq demək lazımdır ki, İtaliya hərbi-texnoloji sahədə üstün ölkələrdən biridir. Hazırda Azərbaycanın bu sahədə əməkdaşlığı əsasən hərbi yüklərin daşınması istiqamətində təyinatı olan Spartan, yəni hərbi yük təyyarələrinin ixracı ilə bağlıdır. Bununla yanaşı, Azərbaycanın İtaliyanın “Leonardo” şirkəti ilə uzun illərə dayanan bir əməkdaşlığı mövcuddur. Görünən odur ki, ölkəmiz İtaliya texnologiyalarını mənimsəməklə bir sıra yeniliklərə imza atmağa çalışır Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli deyib O, fikirlərinə belə davam edib: “Azərbaycan üçün İtaliya ilə əməkdaşlıq müasir texnologiyalara, yəni fundamental hərbi texnologiyalara çatmaq deməkdir. Əlbəttə ki, dövlət başçılarının əldə etdiyi razılaşmalarda ən vacib məqamlardan biri də müdafiə sənayesi məhsullarının birgə yaradılması, yaxud İtaliyanın bu sahədə fəaliyyət göstərən şirkətlərinin Azərbaycanda istehsal müəssisəsinin təsis edilməsidir. Mən hesab edirəm ki, bu, ən doğru addımlardan biridir. Ümumiyyətlə, Azərbaycan artıq satınalma deyil, daha çox birgə yaradılma proseslərinə daha çox maraqlı olmalıdır. Həmçinin müasir texnologiyaların mənimsənilməsi və Azərbaycanda yaradılması məsələlərinə yönəlməlidir. Əslində elə İtaliya ilə bu istiqamətdə aparılan danışıqlar və razılaşmalar da bununla bağlıdır. Mən düşünürəm ki, biz yaxın illərdə İtaliya şirkətlərinin Azərbaycanda müəssisələrinin yaradılmasının şahidi olacağıq. Təbii ki, bu, xüsusən qərb texnologiyası əsasında hazırlanan mühərriklərlə bağlıdır. Çox istərdim ki, italiyalı mühəndislərlə birlikdə Azərbaycanda hərbi təyinatlı avadanlıqların, məhsulların, texnikaların mühərriklərinin hazırlanması platforması, istehsal xətti yaradılsın və həmin istiqamətdə də addımlar atılsın. Düşünürəm ki, razılaşmalar da prosesi bu nöqtəyə gətirib çıxaracaq” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


