Tenqri
Ana Səhifə
Dünya

Hər üç deputatdan biri bu məsələdən danışır

Milli Məclisdə sosialyönümlü xərclərin həcmi ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir Modern.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqın

0 baxışmodern.az
Hər üç deputatdan biri bu məsələdən danışır
Paylaş:

Milli Məclisdə sosialyönümlü xərclərin həcmi ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir Modern.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib Palata sədri bildirib ki, Hesablama Palatası Milli Məclisin stenoqramlarını təhlil edib “Hər üç deputatdan biri sosialyönümlü xərclərin rəqəmini səsləndirir. Bu məsələ həm Milli Məclisdə, həm də ictimai müzakirələrdə daim diqqət mərkəzində olur”, - deyə V.Gülməmmədov qeyd edib Onun sözlərinə görə, əvvəlki illərdə dövlət büdcəsinin layihəsində əks olunan sosialyönümlü xərclərin məbləği və tərkibi ilə büdcənin icrası zamanı təqdim olunan göstəricilər arasında fərqlər mövcud olub “cı illərdə Maliyyə Nazirliyi tərəfindən sosialyönümlü xərclərin təsnifatı müəyyən qədər daha kompakt formada təqdim olunub. Bununla belə, bəzi xərclərin bu kateqoriyaya aid edilib-edilməməsi ilə bağlı fərqli yanaşmalar qalmaqdadır”, - deyə o bildirib Vüqar Gülməmmədov vurğulayıb ki, deputatların və ictimaiyyətin istifadə etdiyi göstəricilərin eyni metodologiya əsasında formalaşdırılması vacibdir “Bu xərclərlə bağlı istənilən deputat həm mətbuatda, həm də Milli Məclisdə fikir səsləndirirsə, həmin rəqəmlərin dəqiqləşdirilməsi mühüm məsələdir”, - deyə Hesablama Palatasının sədri əlavə edib

Kaynak: modern.az

Diğer Haberler