Tenqri
Ana Səhifə
İqtisadiyyat

BMT-Habitat nümayəndəsi deyir ki, mənzil qlobal siyasətdə mərkəzi yer tutur

BAKI, Azərbaycan, 19 may. Trend xəbər verir ki, BMT-Habitat-ın Regional Proqramlar Departamentinin direktoru Patrik Kanaqasinqem bildirib ki, dünyanın bütün regionlarında mənzil məsələsi artıq siyasi diskursdan kənarda qalan mövzu deyil və siyasi, iqtisadi və sosial gündəliyin mərkəzi mərkəzinə çevr

0 baxıştrend.az
BMT-Habitat nümayəndəsi deyir ki, mənzil qlobal siyasətdə mərkəzi yer tutur
Paylaş:

BAKI, Azərbaycan, 19 may. Trend xəbər verir ki, BMT-Habitat-ın Regional Proqramlar Departamentinin direktoru Patrik Kanaqasinqem bildirib ki, dünyanın bütün regionlarında mənzil məsələsi artıq siyasi diskursdan kənarda qalan mövzu deyil və siyasi, iqtisadi və sosial gündəliyin mərkəzi mərkəzinə çevrilib O, bunu WUF13 çərçivəsində keçirilən “Qlobal Koalisiyalar Mərkəzində mənzil” panel müzakirəsi zamanı deyib "Qlobal iqtisadiyyata baxın. Mənzil sistemləri artıq məhsuldarlıq, miqrasiya, dövlət maliyyəsi və davamlı inkişaf məsələləri ilə sıx bağlıdır. Amma bu, əslində nə deməkdir? Mənzil artıq ayrı bir sektor və ya sosial problem deyil. Bu, sistemli problemdir. Sistemli problemlər isə koalisiya əsaslı yanaşma tələb edir", - o qeyd edib BMT-Habitat nümayəndəsi vurğulayıb ki, əgər mənzil problemini düzgün həll etməsək, iqlim strategiyalarının uğuru, şəhər iqtisadiyyatlarının rəqabət qabiliyyəti, demoqrafik keçidlərin idarə olunması və sosial birliyin qorunması ciddi risk altında olacaq: "Məhz buna görə də mənzil məsələsi qlobal koalisiyaların mərkəzində olmalıdır. Bu, ikinci dərəcəli və ya köməkçi problem deyil" Bu arada Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir

Kaynak: trend.az

Diğer Haberler