Mənzil sahiblərinə şad xəbər
Son zamanlar çoxmənzilli binaların sakinləri arasında ən çox müzakirə olunan mövzulardan biri də mənzilin sahəsinə görə hesablanan komendant saatı deyilən pulun aylıq yığılması olub Qanuna görə, mənzil sahiblərindən mənzilin hər kvadratmetrinə görə aylıq komendant saatı və ya kommunal xidmət haqqı

Son zamanlar çoxmənzilli binaların sakinləri arasında ən çox müzakirə olunan mövzulardan biri də mənzilin sahəsinə görə hesablanan komendant saatı deyilən pulun aylıq yığılması olub Qanuna görə, mənzil sahiblərindən mənzilin hər kvadratmetrinə görə aylıq komendant saatı və ya kommunal xidmət haqqı tutula bilərmi? Day.Az xəbər verir ki, Qlobalinfo.az-a müsahibəsində hüquqşünas Ramil Süleymanov bildirib ki, dövlət xidmətləri ilə bağlı məsələlərdə əsas sənəd sakinlərlə binanı idarə edən Mənzil Tikinti Kooperativi (MTK) və ya Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında bağlanan müqavilədir “Xidmətləri göstərən tərəf xidmətlərin tariflərini müəyyən edir və təqdim edir, sakinlər isə müqaviləni imzalamaqla onun şərtləri, o cümlədən xidmətlərin müəyyən edilmiş qiyməti ilə razılaşırlar”, - deyə o qeyd edib Hüquqşünasın sözlərinə görə, sakinlər təklif olunan tariflərdən razı qalmasa, irad və təkliflərini bildirərək ya müqaviləni imzalamaqdan imtina edə, ya da imzalaya bilərlər “Bundan başqa, sakinlər binanın rəhbərliyi tərəfindən müəyyən edilmiş tariflərlə razılaşmadıqda, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq hüquqi şəxs yarada və evin idarə edilməsini, o cümlədən kommunal xidmətlərin təşkilini müstəqil həyata keçirə bilərlər”, - Süleymanov bildirib Onun sözlərinə görə, tərəflər arasında bağlanmış müqavilə əsasında xidmətin dəyəri mənzilin kvadratmetrindən asılı olaraq müəyyən edilə bilər “Qeyd etmək istərdim ki, mövcud qanunvericilikdə bu məsələdə heç bir məhdudiyyət nəzərdə tutulmur”, - vəkil vurğulayıb Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

