Həmidə Ömərova: “Həyatımla bağlı bir əsər yazmaq istəyirəm” - VİDEO
“525-ci qəzet”in 22 may tarixli sayında dərc olunacaq yazılardan biri Tamilla M-Zadənin Xalq artisti Həmidə Ömərova ilə apardığı maraqlı müsahibədir Müsahibədə Həmidə Ömərova həyat və sənət yolunun müxtəlif mərhələlərindən danışır. O, əvvəlcə Filologiya fakültəsində təhsil aldığını, daha sonra isə

“525-ci qəzet”in 22 may tarixli sayında dərc olunacaq yazılardan biri Tamilla M-Zadənin Xalq artisti Həmidə Ömərova ilə apardığı maraqlı müsahibədir Müsahibədə Həmidə Ömərova həyat və sənət yolunun müxtəlif mərhələlərindən danışır. O, əvvəlcə Filologiya fakültəsində təhsil aldığını, daha sonra isə Moskva Kinematoqrafiya İnstitutuna qəbul olunaraq aktyorluq sənətinə gəldiyini qeyd edir. Sənətkar bildirir ki, sərt ailə nəzarətindən uzaqlaşmaq arzusu onun həyatında dönüş nöqtəsinə çevrilib və bu seçim gələcək yaradıcılıq yolunu müəyyənləşdirib Aktrisa Moskvadakı tələbəlik illərindən, özünəinam uğrunda keçdiyi çətinliklərdən və müəllimlərinin ona münasibətindən söz açır Həmidə Ömərova həmin dövrün onun xarakterini və sənətə münasibətini formalaşdırdığını vurğulayır Müsahibədə sənətkar “Anlamaq istəyirəm”, “Gümüşü furqon” və “Nizami” filmlərindəki obrazları ilə bağlı maraqlı xatirələrini də bölüşür. O, xüsusilə “Nizami” filmində Afaq obrazının həyatında xüsusi yer tutduğunu bildirir və tərəf müqabili olan Müslüm Maqomayev ilə işləməyin onun üçün böyük məsuliyyət və məktəb olduğunu qeyd edir Həmidə Ömərova müasir Azərbaycan kinosunun problemlərinə də toxunur. Onun fikrincə, bu gün kino sahəsində əsas məsələ istedadlı gənclərə şərait yaratmaq, çəkilən filmlərin tamaşaçıya çatdırılmasını təmin etmək və kommersiya ilə müəllif kinosu arasında balans qurmaqdır. Aktrisa hesab edir ki, tamaşaçı auditoriyasını yenidən qazanmaq üçün kinoya xüsusi yanaşma və peşəkar mühit vacibdir Sənətkar ailə həyatı, pedaqoji fəaliyyəti və gənclərə tövsiyələri barədə də danışır. O bildirir ki, həyatda uğurun əsas şərtlərindən biri səbirli olmaqdır Müsahibənin sonunda Həmidə Ömərova həyatını filmə bənzədərək gələcəkdə bu barədə əsər yazmaq istədiyini də qeyd edir


